Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Oliqarxlarımız pullarını ölkədən çıxarır

Oliqarxlarımız pullarını ölkədən çıxarır...
Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) bu ölkədə yaradılan xarici sərmayəli şirkətlərin statistikasına dair açıqladığı ən son məlumata görə, yola saldığımız 2015-ci ilin 11 ayında Azərbaycan vətəndaşları və şirkətləri Türkiyənin müxtəlif bölgələrində 158 şirkət qurulmasında iştirak ediblər.

Xeberinfo.com:   Azərbaycan kapitalı ilə Türkiyədə qurulan şirkətlərin sayı sabit templə artmaqdadır. 2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın iş adamları burada 153 şirkət yaradıblar.

Yeni açılan şirkətlərə qoyulan sərmayələrin həcminə gəlincə, ötən ilin 11 ayında Azərbaycan biznesmenlərinin ortaq olduqları şirkətlərə toplam 56 milyon 811 min türk lirəsi yatırılıb ki, bunun da 50,7 milyonu soydaşlarımızın payına düşür. Bir il əvvəlki dövrlə müqayisədə yeni qurulan şirkətlərə Azərbaycan mənşəli sərmayənin həcmi 11,8 mln. lirə və ya 30,3 faiz artıb.

Qeyd edək ki, ötən ilin statistikasına əsasən, Azərbaycan Türkiyədə qurulan səhmdar şirkətlərin sayına görə yalnız Almaniyadan (84) geri qalaraq ikinci olub – 46 şirkət. Məhdud məsuliyyətli şirkət sayına görə isə Rusiyanı (95) qabaqlayaraq 7-ci sırada durub.

Maraqlıdır ki, Türkiyə qeyri-sabit siyasi və iqtisadi durumda yaşayan ölkələr üçün kapital axını ünvanına çevrilib. Belə ki, Suriya, İraq, Liviya, Misir və başqa bu kimi münaqişələr ocağına çevrilmiş ölkələrdən Türkiyəyə iş qurmaq üçün üz tutanlar daha çoxdur.

Türkiyənin rəsmi məlumatlarına görə, 2013-2015-ci illərdə Azərbaycan kapitalı ilə bu ölkədə yeni qurulan şirkətlərin sayı 507 olub. Onların kapitalının formalaşmasına isə Azərbaycandan 143 milyon türk lirəsi ekvivalentində valyuta çıxarılıb. Bu, kifayət yüksək göstəricidir.

Türkiyənin İqtisadiyyat Nazirlyinin 2013-cü ildəki açıqlamasına görə, 2012-ci ilin sonuna burada 1 190 Azərbaycan sərmayəli şirkət çalışıb. Başqa sözlə, son 3 il ərzində Azərbaycan şirkətlərinin Türkiyədə fəalllığı təxminən 40 faiz artıb.

Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin 2015-ci ilin martında açıqladığı məlumata görə isə, Türkiyədə Azərbaycan sərmayələri əsasında 1500-dən çox şirkət fəaliyyət göstərir. SOCAR da daxil olmaqla onların Türkiyə iqtisadiyyatına investisiyalarının 5 milyard ABŞ dollarından çox olduğu bildirilir.

Türkiyə şirkətlər reyestrinin məlumatlarına görə, 2012-ci ildə bu ölkədə 167, 2013-cü ildə – 178, 2014-cü ildə isə 171 Azərbaycan kapitallı şirkət yaradılıb.

Yenicag.az xəbər verir ki, əksər məmurlar və biznesmenlər xüsusilə birinci devalvasiyadan sonra sərmayələrini Türkiyəyə yatırmağa başlayıblar. Təkcə, İstanbulda əmlak sektorunda olan investisiyalar deməyə əsas verir ki, Türkiyənin qanunvericiliyinin əlverişli imkanları bizimkiləri buraya yönəldib. Aldığımız xəbərə görə, hazırda İstanbulun Anadolu və Arnavutköy (Üçüncü Körpü, Kanal İstanbul bölgəsi) tərəfində azərbaycanlı investorlar tərəfindən hektarlarla ərazi alınıb. Bundan başqa hotel və rezidans tikintilərində də türk iş adamlarının gizli və açıq ortaqları olan Azərbaycan vətəndaşlarına tez-tez rast gəlmək olur.

Buraya investisiya qoyulmasındakı bir başqa səbəb isə Türkiyədə investorların Avropadakı kimi ciddi sorğu-suala çəkilməməsi və mülklərin qarant altına alınmasıdır. Belə ki, Azərbaycan məmurları daha çox qərbin sanksiyalar yolu ilə onların əmlaklarının müsadirə olunma təhlükəsindən çəkindikləri üçün qardaş ölkəni seçirlər.

Qeyd edək ki, tədricən biznesini Türkiyəyə daşıyanlar arasında "Azərsun” Holdinqin prezidenti Abdulbari Gözəlın, millət vəkilləri Cavid Qurbanovun, Rafael Cəbrayılovun və bir çoxlarının adları çəkilməkdədir. 

Yazıda adı çəkilən şəxslərin mövqeyini yayınlaya bilərik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam