Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İş adamları ölkədən niyə qaçır?

 

Azərbaycanlılar son 2 ildə Türkiyədə 507 şirkət qurub

Xeberinfo.com:   İstənilən parametr üzrə reallığı dəyərləndirəndə ölkəmizin sürətlə tənəzzülə doğru irəlilədiyini görmək mümkündür. Bəli, rəsmi rəqəmlər də təsdiqləyir ki, Azərbaycan hətta qonşu Gürcüstan və Ermənistanla müqayisədə də uduzur. Təsəvvür edin ki, Dünya Bankı 2016-cı ildə Azərbaycandakı iqtisadi artımı 0.8 faiz, Ermənistanda 2.2 faiz proqnozlaşdırıb.

Amma yazımızın məqsədi Azərbaycanla digər ölkələr arasında müqayisələr aparmaq deyil. Məqsədimiz rəsmi rəqəmlərin dili ilə Azərbaycandakı biznes mühitinin nə qədər effektsiz olduğunu göstərməkdir.

“2015-ci ilin 11 ayında Azərbaycan vətəndaşları və şirkətləri Türkiyənin müxtəlif bölgələrində 158 şirkət qurulmasında iştirak ediblər”,- deyə Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB) məlumat verir. Rəsmi məlumata əsasən, 2013-2015-ci illərdə Azərbaycan kapitalı ilə bu ölkədə yeni qurulan şirkətlərin sayı 507 olub. 2012-ci ilin sonuna burada 1 190 Azərbaycan sərmayəli şirkət çalışıb. Türkiyənin Iqtisadiyyat Nazirliyinin məlumatına görə, son 3 il ərzində Azərbaycan şirkətlərinin Türkiyədə fəalllığı təxminən 40 faiz artıb.

Göründüyü kimi, Azərbaycanın iş adamları sürətlə ölkədən çıxır və son olaraq Türkiyədə 507 yeni şirkət qurulub. Bu olduqca böyük rəqəmdir. Təsəvvür edin ki, bu adamlar Azərbaycanda iş yerləri açsaydılar nələr baş verərdi? Həm ölkə büdcəsinə yatırım olardı, həm işsizliyin səviyyəsi azalardı, həm də rəqabətli biznes mühiti yaranardı.

Bəs, iş adamları niyə ölkədən qaçırlar?

Etiraf edək ki, iş adamları üçün Azərbaycanda fəaliyyət göstərmək çox risklidir. Xüsusən son zamanlar baş verənlərdən sonra heç kim bu ölkəyə sərmayə yatırmaz. Indi ölkədə ən yaxşı biznes fəaliyyəti dollar yığmaq hesab edilir.

Bir ölkədə ki son 10 ay ərazində milli valyuta 100 faiz ucuzlaşıb, qiymətlər kəskin artıb, həmin ölkədə sığortalı bizneslə məşğul olmaq olduqca çətindir. Indiki şəraitdə hansısa sahəyə sərmayə yatırıb, mənfəət əldə etmək ehtimalı azdır. Amma problemlər bununla da bitmir. Iş adamları Azərbaycan reallıqlarını gözəl bilirlər. Məsələn, Azərbaycanda sahibkarlıq fəaliyyətiylə məşğul olanlar, Vergidən, Icra hakimiyyətindən, MTN-dən və digər qurumlardan gələn “qonaqlar”ı qarşılamalıdır. Yəni qeyri-rəsmi ödənişlər etməlisən. Ölkədə qanun işləmədiyinə, müstəqil məhkəmə olmadığına görə, haqqını bərpa etmək ehitmalı da yoxdur.

Amma normal biznes mühitinə əngəl yaradan səbəblər bununla da bitmir. Azərbaycanda sığortalı biznes yaratmaq üçün siyasi hakimiyyətə yaxın olmalısan. Əks halda, istənilən vaxt obyektin dağıdıla, özün həbs oluna bilərsən. Hətta ölkədən çıxışına qadağa qoyula, telekanallarda “vətən xaini” kimi təqdim edilə bilərsən. Bugünə qədər xeyli iş adamlarını belə tale yaxalayıb. Zülfüqarlı qardaşlarının hekayəsi yəqin ki, hamının yadındadı.

Məsələ burasındadır ki, məmur himayəsinə sığınanlar da hər an həyəcanla, qorxuyla yaşayır. Çünki, həmin iş adamını kurasiya edən məmur işdən çıxarıla bilər və onun bütün sərmayəsi məhv olar.

Göründüyü kimi, hakimiyyət azad sahibkarlığın, münbit biznes mühitinin məhv edilməsi üçün əlindən gələni edib. Bundan sonra isə iş adamalarının etimadını qazanmaq müşkül məsələdi və pullu adamlar Türkiyəyə, Gürcüstana, digər ölkələrə üz tuturlar. Bəli, reallıq budur, bütün sahələr inhisara alınıb və iş adamları bu mafiyə şəbəkəsinə bulaşmaq istəmir. Nəticədə ölkənin potensialı tükənir. Bu gün üzləşdiyimiz acı reallıq, hakimiyyət komandasının acgözlüyünün, səriştəsizliyinin, anti-xalq təfəkkürlü olmasının nəticəsidir.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam