Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Komitə sədrinin hərrac oyunları

 

Hərracda iştirak edənlər isə istisnasız olaraq hərracı təşkil edənlərin ya yaxın adamları ,ya da bu “hüququ”pul ilə əldə edənlərdir

Xeberinfo.com:   Bildiyimiz kimi Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mütəmadi olaraq keçirdiyi hərraclarla bağlı mətbuata məlumat verir. Bu məlumatlarda tez-tez Əmlak Məsələləri Dövlət Komitəsinin hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı açıqlanır. 
Bu hərraclarda çoxlu sayda müxtəlif markalı avtomobillərdən başqa torpaq sahələri və daşınmaz əmlak,avadanlıqlar, o cümlədən müxtəlif əşyalar endirimlə satışa çıxarılır. ƏMDK-nin rəsmi saytında bu hərraclarda hər bir Azərbaycan vətəndaşının ərizə yazaraq iştirak edə biləcəyi bildirilir.Lakin reallıq başqa,qaranlıq ,mətbuata verilməyən mətləblərdən xəbər verir. Son zamanlar Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) keçirdiyi hərraclarla bağlı şikayətlərin sayı çoxalıb. Bu şikayətlərdə bildirilir ki,onlar qaydalara uyğun olaraq hərracda iştirak etmək istəsələr də hərraca buraxılmırlar, bu hərraclarda şəffaflıq təmin olunmur. Sənədlərini Hərracların Təşkili üzrə Auksion Mərkəzinə təqdim edən vətəndaşlara qeyri-rəsmi başa salınır ki, hərraclara kənar şəxslər buraxılmır.Hərracda iştirak edənlər isə istisnasız olaraq hərracı təşkil edənlərin ya yaxın adamları ,ya da bu “hüququ” pul ilə əldə edənlərdir.BTV.AZ-a Kərəm Həsənovun rəhbərlik etdiyi komitənin təkcə son iki ildə qanuniliyi ciddi şübhə doğuran hərracları və həmçinin , Kərəm Həsənovun Cəlilabadda ,eləcə də Bakıdakı mülkləri haqqında ilginc məlumatlar daxil olub.Yaxın zamanlarda Kərəm Həsənova məxsus çoxmilyonluq əmlaklar və onun rəhbərlik etdiyi komitənin təşkil etdiyi hərraclarda baş verən qanunsuzluqlar haqda ətraflı məlumat verəcəyik.
Bizi izləyin.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam