Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Yeni yaradılan ixtisaslara bu il qəbul aparılmayacaq- Nazirlik

Yeni qayda əsasında qəbul 2020-2021-ci tədris ili üçün nəzərdə tutulur

Yenixeber.org: "Nazirlər Kabinetinin təsdiqlədiyi “Ali təhsilin bakalvriat (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı” qaydaları əsasında yeni yaradılan və ya adları dəyişdirilən ixtisaslara bu il qəbul aparılmayacaq".

Bunu Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyev deyib.

Onun sözlərinə görə, yeni qayda əsasında qəbul 2020-2021-ci tədris ili üçün nəzərdə tutulur: "Bu təsnifatlar 3 il ərzində aparılan təhlillər, tədqiqatlar nəticəsində yaranıb".

Y.Pririyev əlavə edib ki, magistratura üzrə də gələcəkdə ixtisasların təsnifatı aparılacaq: “Bakalavriatda olan təsnifat əsasında magistraturada da mövcud ixtisaslara baxılacaq və buna uyğun dəyişiklik ediləcək. Prosesə bu il və ya gələn il başlanılacaq. Dəyişiklikdən öncə elə ixtisaslar var idi ki, ora 10 il ərzində qəbul aparılmırdı. İxtisasların ləğv olunması məzunlara təsir etməyəcək. yalnız bu ixtisasların yeni məzmunu hazırlanacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam