Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Uşaqların bağçalara qəbulundaYENİLİK

 Gələn ildən başlayaraq Azərbaycanda ali təhsil müəssisələrinin tələbələri arayış və sənədləri elektron qaydada əldə edə biləcəklər

 

Yenixeber.org: Bu, Azərbaycan prezidentinin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Plana əsasən, ali təhsil müəssisələri, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2017-2018-ci illərdə ali təhsil müəssisələrinin informasiya sistemlərinin formalaşdırılması, tələbələrə verilən arayış və sənədlərin elektron formada əldə edilməsi və təhsil haqlarının elektron formada ödənilməsini təmin etməlidir.

Bakı Şəhər İcra Hakimiyyəti, yerli icra hakimiyyəti orqanları, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə 2016-2017-ci illərdə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı elektron xidmətin yaradılmasını təmin etməlidir.

Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə isə 2017-ci ildə ümumtəhsil məktəbləri, lisey və gimnaziyalara qəbulla bağlı elektron sənəd qəbulu sisteminin əhatəsinin genişləndirilməsi və regionları əhatə etməsini təmin etmək tapşırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam