Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycan Texnologiya Universitetindən cavab gəldi:“...tamamilə cəfəng, heç bir fakta söykənməyən fikirlərdir”

 

 AzərbaycanTexnologiya Universitetinin (UTECA) keçmiş əməkdaşı AzərAllahverdiyevin bəzi saytlarda universitetə qarşı apardığı qərəzli kampaniyaya cavab

 

Yenixeber.org: Redaksiyamızın elktron poçtuna pr@uteca.edu.az emaildən Azərbaycan Texnologiya Universitetinin keçmiş əməkdaşı Azər Allahverdiyevin məlum yazılarına cavab gəlib. Məlum qayda və prinsiplərə uyğun olaraq cavab yazısını olduğu kimi dərc edirik:

“2017-ci ilin noyabr ayınadək Azərbaycan Texnologiya Universitetində texniki işçi - İdman bölməsinin operatoru vəzifəsində çalışmış Azər Allahverdiyevin bəzi saytlarda universitetə qarşı apardığı kampaniya həqiqətdən uzaq və qeyri-obyektiv olmaqla onun şəxsi qərəzindən irəli gəlir. Belə ki, bu şəxs əksər hallarda müraciət etdiyi saytları da aldadır, operator vəzifəsində çalışdığı halda özünü kompyuter mütəxəssisi kimi təqdim edir. Halbuki, orta təhsilli olması onun mütəxəssis vəzifəsinə təyin olunmasına imkan vermir. Eyni zamanda o, müraciətlərində işdən azad olunması ilə bağlı faktı təhrif edir, özünü hələ də universitetdə çalışırmış kimi təqdim edir. Ancaq o, 2017-ci ilin noyabr ayında struktur rəhbərinin təqdimatı əsasında işində yol verdiyi ciddi nöqsanlara, kollektiv arasında qeyri-etik davranışlarına görə Əmək Məcəlləsinin 70.ç maddəsi ilə işdən azad olunub. İşdən azad olunmasına qərar verilən zaman onun barəsində daha əvvəldən verilmiş xəbərdarlıq, töhmət və şiddətli töhmətlərdə əsas götürülüb.

Azər Allahverdiyev işə bərpa olunma tələbi ilə məhkəmədə iddia qaldırıb. Məhkəmə prosesi hazırda davam edir və qanuni qüvvəyə malik yekun qərar hələ mövcud deyil. Bundan başqa universitetdə Azər Allahverdiyevə qarşı Gəncə Şəhər Nizami Rayon Məkhəməsində işgüzar nüfuza xələl gətirilməsi, şərəf və ləyaqətin alçaldılması ilə bağlı iddia qaldırıb.

Azər Allahverdiyevin müraciətlərində qeyd olunan iddialara gəldikdə isə, birmənalı olaraq bunlar tamamilə cəfəng, heç bir fakta söykənməyən fikirlərdir . Belə ki, onun universitetin əməkdaşı Zamiqə Xəlilovaya qarşı nalayiq davranışları hadisənin şahidi olmuş digər şəxslərin ifadəsi ilə təsdiqini tapıb, daha sonra isə məsələ Etika komissiyasında müzakirə olunaraq müvafiq qərarın qəbul edilməsi üçün universitet rəhbərliyinə müraciət olunub. Məktubda məsələyə aidiyyatı olmayan şəxslərin adlarının keçməsinə gəlincə, qeyd etmək lazımdır ki, Zamiqə Xəlilovanın atasının adının hallandırılması iddia sahibinin hüquq və məntiq anlayışının nə qədər məhdud olduğunu göstərir.

Sonda bir daha qeyd edək ki, universitet və onun rəhbər şəxslərinin fəaliyyətinə qiymət vermək bu işdə səlahiyyəti olan dövlət orqanlarının vəzifəsidir. Universitet tərəfindən hüquqlarının tapdandığını iddia edən hər hansı şəxs isə böhtan və təhqirlərlə dolu qərəzli kampaniya aparmaq əvəzinə hüquqlarını qanuni yollarla bərpa etməyə çalışmalıdır.

Hörmətlə,

Azərbaycan Texnologiya Universitetinin Mətbuat xidməti


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam