Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bir sinifdən 2 şagird imtahanda 700 bal yığıb

Bir sinifdən 2 şagird imtahanda 700 bal yığıb
Dövlət İmtahan Mərkəzi (DIM) tərəfindən I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanında 700 bal toplayan abituriyentlərdən biri də Əsma Bayramovadır.
Yenixeber.org: I ixtisas qrupu üzrə maksimum nəticə göstərən Ə. Bayramova Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdr.

Yüksək bal toplayan Əsma həyacandan danışa bilmədiyi üçün anası Aynur Bayramova AzVision.az-a qızının uğurlarından söz açıb.

“Nəticəni eşidəndə çox sevindik. 1-ci sinifdən 11-ci sinfə qədər əla qiymətlərlə oxuyub, repetitor yanına getməyib. Lisey müəllimlərinin və özünün səyi nəticəsində yüksək bal toplayıb. Sınaqlarda hər zaman yüksək nəticə göstərib. 9-cu sinifdə Riyaziyyat fənni üzrə olimpiadada 3-cü yeri tutub”.

A.Bayramova Əsmanın hələ ali məktəb seçimini etmədiyini bildirib: “Universitetlərə baxırıq. Seçiminə yenidən nəzər salacaq”.

A. Bayramova, həmçinin qeyd edib ki, qızı ilə yanaşı, onun sinif yoldaşı Cahan Haşımzadə II ixtisas qrupu üzrə maksimum nəticə göstərib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam