Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

1-ci sinfə qəbulla bağlı suallara cavab- Valideynlərin nəzərinə!

1-ci sinfə qəbulla bağlı suallara cavab

 

 

Fevralın 22-dən martın 2-dək paytaxt məktəblərində birinci sinfə qəbulla bağlı vətəndaşları düşündürən məsələlərə geniş aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) “Facebook” səhifəsində müvafiq suallara cavab verilib
Yenixeber.org: BŞTİ-dən verilən məlumata görə, suallar şərhlər vasitəsilə cavablandırılıb.

BŞTİ-nin “Facebook” səhifəsində daha çox qeydiyyat prosesi, altı yaşı tamam olmayan uşaqların birinci sinfə qəbulu, mikroərazi prinsipi tətbiq olunan məktəblər, məktəbəhazırlıq qruplarında oxuyan uşaqların elektron sistem tərəfindən avtomatik birinci sinfə keçirilməsi, müəllim seçimi, lisey və gimnaziyalara müsabiqə yolu ilə şagirdlərin qəbulu, məktəbə təqdim olunacaq sənədlər və digər mövzularda suallar üstünlük təşkil edib.

Qeyd edək ki, fevralın 22-dən 2018-2019-cu tədris ili üçün BŞTİ-nin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələrində birinci sinfə şagirdlərin online qeydiyyatı başlanıb. Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumtəhsil müəssisələri üzrə uşaqların qeydiyyatı isə martın 12-də başlanacaq. Uşaqların birinci sinfə qəbulu üçün valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin sistemdə qeydiyyatı sentyabrın 15-dək mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq.

Martın 2-nə (saat 17:00) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin birinci sinfinə qəbul üçün 35.000-dən çox sorğu yerləşdirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam