Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıda 24 mindən çox uşaq 1-ci sinfə qəbul olunub

 

 

"Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin övladları üçün yenidən I sinfə qəbul üzrə sorğu yerləşdirməsinə ehtiyac yoxdur. Məktəbəhazırlıq qrupunda təhsil alan uşaq üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilir. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynləri rahat ola bilərlər"

 

Yenixeber.org: Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Bildirilib ki, paytaxtda www.mektebeqebul.edu.az elektron sistemi dünən işə düşən an məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşaq avtomatik I sinfə qəbul edilib: "Sistem tərəfindən avtomatik sorğu yerləşdirildiyi üçün həmin valideynlər, növbəti mərhələdə şəxsi kabinetdən ərizəni çap edib, digər müvafiq sənədlərlə birgə məktəbə təqdim etməlidir. Yalnız valideyn məktəbəhazırlıq qrupunda təhsil alan övladı üçün I sinfə qəbul prosesində məktəbi və ya müəllimi dəyişmək istəyərsə, şəxsi kabinetə daxil olaraq, yerləşdirilmiş sorğunu silib yenidən məktəb və müəllim seçə bilər. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda, 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynləri sadəcə, I sinfə şagird qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməli olduqlarını unutmasınlar. Müvafiq sənədlər iyunun 20-dək məktəbə təqdim olunmalıdır".

BŞTİ 2018-2019-cu dərs ili üçün Bakı şəhərindəki ümumi təhsil məktəblərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesində məktəbəhazırlıq qruplarına getməyən uşaqların valideynlərini fəal olmağa çağırıb.

I sinfə qəbulla bağlı ətraflı məlumatı bu keçiddən - http://edu.gov.az/az/page/522/14670öyrənmək mümkündür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam