Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

 "Azərbaycan Dəmir Yolları" QSC-də DESİNFEKSİYA YEYİNTİSİ... -İDDİA

"Azərbaycan Dəmir Yolları" QSC-də DESİNFEKSİYA YEYİNTİSİ...
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla bağlı redaksiyamıza yeni informasiya daxil olub.
Yenixeber.org: Mötəbər mənbədən verilən informasiyada qeyd olunur ki, son günlər bütün dünyanı sarsan koronavirus təhlükəsi ilə bağlı bu günlərdə dəmiryolu idarəsinin binasında dezinfeksiya işləri həyata keçirilsə də, quruma aid qatarlarda doğru-dürüst bu iş həyata keçirilmir.

Redaksiyamıza "Azərbaycan Dəmir Yolları" QSC-nin adının çəkilməməsini istəyən əməkdaşı bildirib ki, sözügedən qurumda dezinfeksiya işlərinə, ümumiyyətlə, koronavirus təhlükəsinə sanki dırnaqarası yanaşılır:

"Dəmir yolunun binasını xlorladılar, amma qatarlar qaldı. Binanı da bir dəfə xlorlayıblar, onun üstündən xadimələr qırx dəfə təmizlik işi aparıblar. Yəni sonrakı müddət boyunca dezinfeksiya işləri nəzərə alınmayıb. Əsas təhlükə isə qatarların durumudur. Aşkar görünür ki, burada da yeyinti faktı var. Yəni koronavirusdan dezinfeksiya adı altında pullar ayrılsa da, təyinatı üzrə xərclənməyib. Yəqin müvafiq qurumlar bu məsələ ilə bağlı Cavid Qurbanova iradlarını çatdıracaq..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam