Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Cavid Qurbanov nazir olacaq-Növbəti struktur dəyişikliyi...

 Yenixeber.org: Daha bir struktur və kadr dəyişikliyi olacaq. Bununla bağlı bu saatlarda yenixeber.org-a siyasi dairələrdən məlumat daxil olub. Məlumata görə qarşıdakı günlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu yenilənəcək. Azərbaycan Dəmir Yolları QSC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin də bu nazirliyə birləşdiriləcəyi gözlənilir. Bununla da ölkənin rabitə və nəqliyyat sektoru bir qurumda cəmlənəcək. Nazirliyin yenidən formalaşması ilə Ramin Quluzadə də postunu itirməli olacaq. Nazir kimi 4 ilə yaxın müddətdə rəhbərlik etdiyi sahədə ciddi uğurlara imza ata bilməməsi yuxarı dairələrdə onun etimadı doğrultmaması kimi qəbul olunur.

Yaradılacaq yeni nazirliyə rəhbərliyin isə Azərbaycan Dəmir Yolları QSC-nin hazırkı sədri Cavid Qurbanova həvalə olunacağı bildirilir: Artıq bununla bağlı siyasi qərar var. İki gün əvvəl cənab prezidentin Cavid Qurbanovu qəbul edib, Dəmir Yolları sahəsində müsbət danışması, görülən işləri təqdir etməsi də bu məlumatı stimullaşdıracaq faktor sayıla bilər...          


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam