Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gömrük postlarında dezinfeksiya işləri aparılır - VİDEO

Gömrük postlarında dezinfeksiya işləri aparılır - VİDEO
Gömrük-sərhəd buraxılış məntəqələrində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlər, lazımi sanitar-profilaktik və dezinfeksiya işləri gücləndirilmiş rejimdə davam etdirilir.
Yenixeber.org: Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, respublikamızın bütün gömrük-sərhəd buraxılış məntəqələrində, o cümlədən Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” və “Biləsuvar” gömrük postlarında mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir. Hər bir nəqliyyat vasitəsi stasionar dezinfeksiya qurğusundan keçməklə rejim zonasına daxil olur.



Məlumata əsasən, ikinci mərhələdə dezinfeksiya tədbirləri qoruyucu geyim və dezinfeksiyaedici vasitələrlə təmin edilmiş gömrük əməkdaşları tərəfindən əllə aparılır. Bu proses idxal nəzarət xəttində bir daha təkrarlanır. Gömrük nəzarəti başa çatdıqdan sonra nəqliyyat vasitələri mobil gömrük bölməsinin müşayiəti ilə xüsusi terminala yönləndirilir. Terminala daxil olan nəqliyyat vasitəsi burada yenidən dezinfeksiya edilir.

Ölkəmizə gətirilən yüklər Azərbaycan Respublikasına aid avtomobillərə boşaldılır. Tranzit yük daşıyan nəqliyyat vasitələri isə Dövlət Yol Polisinin müşayiəti ilə təyinat nöqtəsinə yola salınır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam