Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Qonşu ölkədə koronavirusdan ölənlər hər gün artır

İranda ötən sutka ərzində daha iki pasiyent koronavirusdan ölüb. Bununla da ölənlərin sayı rəsmi məlumata görə, 14-ə çatıb. Hərçənd real rəqəmin qat-qat çox olduğu bildirilir.  Ən çox yoluxma və ölüm halları Qum şəhərində baş verir.

Yenixeber.org: “Reuters” bildirir ki, virus İrandan Omana da sıçrayıb. İranda səfərdə olmuş iki Oman vətəndaşı virusa yoluxub və nəticədə Oman İranla bütün gediş-gəlişi dayandırıb. Bundan əvvəl İranda olmuş Əfqanıstan, Küveyt və Bəhreyn vətəndaşlarının da həmin virusa yoluxduqları açıqlanmışdı.

Virusun tüğyan etməsi ilə əlaqədar Azərbaycan istisna olmaqla bütün qonşu ölkələr İranla sərhədlərini bağlayıb, aviareyslər dayandırılıb. İranda virusun yayıldığı rəsmən açıqlanana qədər hər gün Azərbaycandan bu ölkəyə minlərlə adam gedib qayıdırdı. Buna baxmayaraq səhiyyə rəsmiləri virusun İrandan Azərbaycana keçdiyinə dair “heç bir hal aşkarlanmadığını” iddia edirlər. Hərçənd ötən gün İrandan qayıdan 4 nəfərdə yüksək hərarət aşkarlanıb və onlar Bakıda xüsusi xəstəxanaya yerləşdiriliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam