Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azad Rəhimovdan “Topaz”ı hədəfə alanlara cavab

 

Gənclər və idman naziri Azad Rəhimov Milli Məclisdə "Topaz" idman mərc oyunu operatorunun fəaliyyətinin dayandırılmasının vacibliyi barədə səslənən təklifə münasibət bildirib

"Xeberinfo.com":  Məlumata görə, Rəhimov millət vəkillərinin belə bir qərarı qəbul edəcəkləri halda, onu dəstəkləyəcəyini bildirib.
O, bir vətəndaş və şəxs kimi "Topaz"ın bağlanmasına heç bir etiraz etməyəcəyini bildirib: "Milli Məclis Topazın bağlanması barədə qərar qəbul etsə, mənim fikrim nə ola bilər? Sözsüz ki, dəstəkləyərəm. Ona görə ki, millət vəkillərimiz, Milli Məclis deputatları bütün xalqın seçdikləridir. Onlar hansı qərar qəbul edəcəklərsə, bu, xalqın qərarıdı. Birmənalı! Bir vətəndaş, bir şəxs kimi mənim bu qərara heç bir etirazım ola bilməz".
Bir məmur kimi isə Rəhimovun reaksiyası belə olub: "Qara bazar"la müqayisə etsək, "Topaz" çox yüksək vergi verir, tam şəffaf şirkətdir, dövriyyədən 4,2 faizi idmana xərclənir - bu da tam şəffafdır və pulların hara xərcləndiyini şirkətin saytına baxaraq, görə bilərsiniz. Vəsait tam olaraq, idmanın inkişafına sərf olunur. "Topaz" bağlanacaqsa, qoy qalsın "qara bazar". Vergisiz. Orda özünü öldürənlər, asanlar və s. hallar çoxdu. Bilməyən insanlar bunu necə istəsələr, interpretasiya edə bilərlər. Qoy, "qara bazar" işləsin və "Topaz"ı, mərc oyunlarını sevməyən insanlar xoşbəxt olsunlar".
"Bəlkə, bu məsələni qaldıranlar "Topaz"ı deyil, "qara bazar"ı nəzərdə tutublar?" sualını isə nazir bu cür cavablandırıb: "Bunu mən deyə bilmərəm. Mənim "qara bazar"la işim yoxdu. Çalışırıq ki, işlər normal, dünyada qəbul olunan prinsiplər əsasında aparılsın. Bizim yeganə uduşumuz odur ki, "qara bazar" olmasın. Biznes məsələləri tam nizamlı olsun, vergilər ödənilsin, şəffaflıq olsun. Digər tərəfdən, idmana gələn vəsait bizim üçün böyük dəstəkdir".
Qeyd edək ki, Milli Məclisin fevralın 2-də keçirilmiş iclasında deputat Qüdrət Həsənquliyev "Topaz"ın bağlanmasını təklif edib.
Report.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam