Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

FİKİR AZADLIĞINDAN QANUNLARIN ALİLİYİNƏ DOĞRU

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.

 

Xeberinfo.com:  İclasda ictimai-siyasi vəziyyət müzakirə olunub. ALDP sədri partiyanın Anti-böhran Koalisiyasında və “Azadlıq” partiyaların Əməkdaşlıq Mərkəzində fəaliyyətini qənaətbəxş qiymətləndirib və hər iki qurumda fəaliyyətin gücləndirilməsi üçün bir sıra tapşırılıqlar verib. İclasda 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə Azərbaycan xanımlara təbrik məktubu qəbul olunub. İclasda həmçinin son günlər ictimaiyyət arasında müzakirəyə səbəb olan bir neçə məsələyə münasibət bildirilərək bəyanat qəbul olunub. Bəyanatda deyilir:

 “Son günlər Milli Məclisdə bəzi deputatlar tərəfindən kazinoların yenidən fəaliyyətinə başlanması kimi təkliflər səslənib. Azərbaycan Liberal Demokrat Partiyası hesab edir ki, kazinoların bağlanması çox düzgün və vaxtında verilən qərar idi. Azərbaycan Liberal Demokrat Partiyası hesab edir ki, bu qərar minlərlə ailə faciəsinin qarşısını alan bir qərar idi. Biz hesab edirik ki, “Topaz” və bu tipli mərc oyunları da dayandırılmalıdır. Onsuz da sosial problemlərlə üzləşən vətəndaşlar, ailələr bu tipli oyunların xeyir qətirmədiyini, əksinə ailə problemlərin dərinləşməsinə, boşanmaların və intiharların çoxalmasına qətirib çıxarır. Azərbaycan Liberal Demokrat Partiyası olaraq millət vəkillərinə müraciət edirik ki, kazinoların fəaliyyətini nəinki bərpası, “Topaz” və bu tipli mərc oyunların bağlanması məsələsini Milli Məclisdə qaldrsınlar. Bununla onlar minlərlə vətəndaşı bu bəladan xilas etmiş olarlar.”

 

ALDP Mətbuat Xidməti


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam