Redaktor seçimi
Koronavirusun dünya iqtisadiyyatına təsiri və onun Azərbaycan üçün nəticələri -
Ağ Evin “C” planı:
Daha bir rus yazıçıdan sensasion iddia:
Koronavirus Kəmaləddin Heydərovu bitirə bilər -
Fərhad Əhmədovdan prezidentə şikayət-
KÜRDƏMİR SAKİNLƏRİ İCRA BAŞÇISINDAN ŞİKAYƏTÇİDİR:
Muxtar Babayev islahatçı nazirdən “ekoloji terrorist”ə necə çevrildi?
Qardaşı Fuad Muradovu biabır etdi:
Günün xəbəri

Fuad Cəbrayılov Abşeronun icra başçısı olur -İDDİA

 Adı MTN işində və bir çox rüşvət qalmaqallarda hallanan başçı müavini Fuad Cəbrayılov Abşerona icra başçısı gətirilir.

Yenixeber.org: Bu barədə redaksiyamıza Abşeron rayon icra hakimiyyətindəki mənbə məlumat sızdırıb.

Bildirilib ki, Fuad Cəbrayılov yaxın aylarda Abşeronun icra başçısı olur.

İddia olunub ki, illər öncə Fuad Cəbrayılovun adı MTN qalmaqalında hallansa da özünü sığortalaya bilmişdir. Baxmayaraq ki, İlqar Əliyev və Akif Çovdarovla yaxınlığı ilə fərqlənən Cəbrayılov hazırkı icra başçısına qarşı jurnalist dostlarnı gizli təşkilatlandırıb.

Mənbə bildirib ki, İradə Gülməmmədova keçirdiyi bütün tədbirlərdə izlənir. Başçının getdiyi yerlər, görüşdüyü şəxslərlə bağlı çəkilən foto şəkillər Fuad Cəbrayılovun rəhbərliyi altında həyata keçirilir.

Tədbir və görüşlərdə çəkilən bir neçə foto icra başçısına göstərilir. Qalan əcaib çəkilən şəkillər isə gizlicə bəzi saytlara ötürülür ki, rayon rəhbərinə qarşı istifadə olunsun. Mənbənin iddiasına görə icra başçısın qardaşı da F. Cəbrayılov tərəfdən tələyə salınıb.

Beləki, məlum apartmanın tikitisinin aparılması üçün başçı qardaşı tərəfindən alınan pulu Cəbrayılov ələ keçirtmək üçün bir neçə jurnalist dostundan istifadə edib. Bundan sonra tikinti işləri dayadırılıb. Və Cəbrayılov, Akif Əliyevin əli ilə həmin tikinti sahibindən ikiqat pul alaraq tikintinin aparılmasına nail ola bilib. Ümumiyyətlə F. Cəbrayılov Abşeron icrada başçıya sadiq adamları qarayaxmalarla sıradan çıxarıb, qarşısını təmizləyir. Bu təmizlik işi isə aylar sonra ona veriləcək yüksək vəzifəyə gəlmək üçün lazım olacaq. Bu səbəbdən də Cəbrayılov İ.Gülməmmədovanı taxtan salmaq üçün tez-tez Zakir Fərəcov kartından da istifadə edib.

Mənbə onuda iddia edir ki, Fuad Cəbrayılov prezidentin keçmiş köməkçisi Əli Həsənovla da yaxın işbirliyində olub. Onlar çox yaxın olduqları üçün Abşeronda olub, bitənlərlə bağlı hər gün Həsənov məlumatlanıb. Amma, Zakir Fərəcovun güclü əlaqələri Gülməmmədovanın kreslosunu tərpədə bilməyib. Fərəcov da bu səbəbdən mediada hədəfə çevrilib. Onun var-dövlətinin siyahısı saytlarda tirajlanıb. Fərəcovla bağlı bütün tənqidi yazılar F.Cəbrayılovun gizli tapşırığı sayəsində, həbsdən yeni çıxan iş adamı tərəfindən həyata keçirildiyi də iddialar arasında yer alıb.

Xülasə, deyə bilərik ki, Kraliçanın rayonda buraxdığı boşluqlar və baş alıb gedən qanunsuzluqlar getdikcə onun hökmranlığının əcəl zənginə çevrilir. Səbəb və nəticələrə baxdıqda, aylar sonra həqiqətən də Fuad Cəbrayılovun əməyinin bəhrəsini görə biləcəyi qaçılmazdı.

Qarşı tərəfidə dinləməyə hazırıq.(ixa.az)

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}