Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İki deputatın davası çərçivədən çıxdı-Fəzail Ağamalıdan Fazil Mustafaya növbəti cavab

Fəzail Ağamalı: "Səni bataqlıqdan çıxardana cahil yazırsansa...”

Yenixeber.org: Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının həmkarı, Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafa ilə davası səngimək bilmir. F.Mustafanın görkəmli dövlət xadimi Şah İsmayıl Xətai haqqında dediklərindən sonra başlanan qarşıdurma daha da böyüyüb.

Son olaraq, BQP sədrinin həmkarını cahil adlandırması odun üzərinə benzin töküb. Bundan qəzəblənən F.Ağamalı redaksiyamıza bu açıqlamanı göndərib: "Son statusum görünür Fazil Mustafanı çox əsəbləşdirib və məni cahillikdə ittiham edib. Özünü təkrarsız tarixi şəxsiyyətlərlə bir sırada, hətta bəzi hallarda onlardan üstün görən Fazil Mustafaya kiçik bir xatirlatma yerinə düşərdi. Sənin qaragüruhun bataqlığından çıxarılıb, normal həyata, sivil siyasi müstəviyə gətirilməyində böyük əmək sərf edəni cahil adlandırırsansa, məntiqlə bəs onda sən kimsən?

P. S. Davranış və fikirlərini nizamlaya bilməyənlə söz savaşına çıxmağı mənasız və vaxt itkisi hesab edirəm".(müsavat)

Cavanşir ABBASLI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam