Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Deputatdan Tolikə etiraz: "Bu, tərbiyyəsizlikdir"

    

Deputatdan Tolikə etiraz: "Bu, tərbiyyəsizlikdir"
Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "Xəzər" televiziyasının aparıcısı, "Tolik" kimi tanınan prodüser Tarix Əliyevə etirazını bildirib.
Yenixeber.org: Deputat T.Əliyevin mərhum prezident Əbülfəz Elçibəylə bağlı səsləndirdiyi fikirləri pisləyib.

"Sosial şəbəkələrdə Xəzər TV-nin aparıcılarından olan Tarix Əliyevin (Tolik) Əbülfəz Elçibəyi aşağılayan fikirlərini qətiyyətlə pisləyir və lənətləyirəm. Bunu Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə xüsusi yeri ilə fərqlənən Elçibəyə və xalqımıza qarşı təhqir kimi qiymətləndirirəm. Mən nəinki Elçibəyin, hətta adi soydaşımızın belə şəxsiyyətinin təhqir olunmasını tamamilə yolverilməz hesab edirəm", - deyə deputat "Facebook" səhifəsində yazıb.

F.Ağamalı vurğulayıb ki, milli müstəqilliyimizin və məmləkət bütövlüyümüzün səmimi carçılarından biri olan Elçibəyi bu dərəcədə aşağılamaq mənəviyyatsızlıq və tərbiyyəsizlikdir. Belə birisinə ekran müstəvisdində böyük auditoriya vermək qəbuledilməzdir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam