Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Deputatlar arasında böyük qarşıdurma:“Axı sən kimsən?”

 

Deputatlar arasında böyük qarşıdurma: “Axı sən kimsən?”

“Fazil Mustafanın mənim haqqımda dediyi sözlərə cavab verməyə ehtiyac duymuram. Göründüyü kimi, F.Mustafanın özündən razı və kifayət qədər dolaşıq məntiqə söykənən yazıları, şərhləri sosial şəbəkədə ikrahla qarşılandı və tam əminlik yaratdı ki, Fazil Müstafadan fərqli olaraq millətimiz öz tarixinin sahibidir”.

Yenixeber.org: Bunu Ana Vətən Pertiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, sübut olundu ki, bizlər tariximizi, tarixi şəxsiyyətlərimizi topa-tüfəngə tutanlarla bərabər deyilik, əksinə onlara həssas və sayğı ilə yanaşan, onları haqsız hücumlardan qorumağı bacaran bütün türk soyunun dəyərli övladlarıyıq. 

“Bizim üçün Metedən və Atilldan başlamış, Babək də, Toğrul bəy də, Şəmsəddin Eldəgiz də, Çingiz Xan da, Osmanlı İmperiyasının dəyərli Sultanları da, Teymurləng də, Uzun Həsən də, Şah İsmayıl Xətai də, Nadir Şah da, Ağa Məhəmməd Şah Qcar da, Nuru Paşa da, Mustafa Kamal Ata Türk də, Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcıları olan M.Ə Rəsulzadə, Ə. Topçubaşov, F.Xoski də, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev də hörmətə, sevgiyə layiq böyük və əvəzsiz tarixi şəxsiyyətlərimizdir. 

Onlara toxunmaq, onları addımbaşı, haqsız yerə təftiş etmək yol verilməzdir, tariximizə xəyanətdir. Edərsən, əllərin, qələm tutan barmaqların, danısan dilin yanar. Həm də sual olunur: axı sən bu tarixi şəxsiyyətlərlə müqayisədə doğrudan-doğruya kimsən?”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam