Redaktor seçimi
     1109 SAYLI MƏHKUM-
Gəncləşən Diaspor Komitəsində “köhnə bazarlıq” -
Qorxmaz Hüseynova və qardaşına
Məktəb direktoruna korrupsiya ittihamı-
Qarabağ veteranı, qocaman müəllim prezidentdən kömək istəyir: 
Qorxmaz Hüseynova və qardaşına ŞOK ittihamlar:
“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-
Əhmədzadələrin Qaxdan İngiltərəyə uzanan biznes imperiyası-
Günün xəbəri

Heydər Əliyev adına məktəbdə tədbir keçirilib -Həştərxanda - foto

 Yenixeber.org: 23 oktyabr 2018-ciil tarixində Rusiya Federasiyasının Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 saylı orta məktəbdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və nümayəndə heyətinin digər üzvlərinin iştirakı ilə məktəb şagirdləri ilə görüş keçirilmişdir.

Tədbirdə Rusiya tərəfindən Həştərxan Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri vəzifəsini icra edən Denis Afanasyev və digər rəsmilər iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları məktəbin foyesində Ulu öndər Heydır Əliyevin büstü önünə gül dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.

Görüşü giriş sözü ilə açan məktəbin direktoru T.Tixomirova tədbir iştirakçılarına və birinci sinif şagirdlərinə Heydər Əliyev Fondu tərəfindən məktəbin tam təmiri, rekonstruksiyası və yeni korpusunun tikilməsi barədə, məktəbə göstərilən daimi diqqətdən məlumat vermişdir.

D.Afanasyev birinci sinif şagirdlərinə müraciət edərək, onları təhsillərinin başlanması münasibətilə təbrik etmişdir.

Daha sonra tədbirdə çıxış edən Hicran Hüseynova həmçinin məktəbliləri yeni təhsil ilinin başlanması münasibətilə təbrik etmiş və təhsilinin ilk ilində artıq fərqlənən birinci sinif şagirdlərinə Heydər Əliyev Fondunun mükafatlarını məktəbə Fondun dəyərli hədiyyəsini təqdim etmişdir.

Yekunda məktəb şagirdlərinin ifasında ədəbi-bədii hissə nümayiş olunmuşdur.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?