Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Heydər Əliyev adına məktəbdə bilik günü...-FOTOLAR

 


 

1 sentyabr 2017-ci il tarixində Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına məktəbdə Bilik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu il məktəb birinci sinif şagirdlərini böyük ailəsinə qəbul edir.
Yenixeber.org:Tədbirdə Həştərxan vilayəti Beynəlxalq və Xarici İqtisadi Əlaqələr nazirinin müavini Rauf Poqosov, “Həştərxan şəhər” Bələdiyyə Təşkilatının rəhbərinin iqtisadiyyat məsələləri üzrə müavini Lyubov Plyuşenko, Şəhər Dumasının deputatı Vladimir Suxarev, Həştərxan şəhərinin fəxri vətəndaşı Ədalət Hüseynov, ictimaiyyət nümayəndələri, valideynlər, pedaqoji işlər veteranları, məktəb şagirdləri iştirak edib .
Açılış nitqində Rauf Poqosov Heydər Əliyev adına məktəbi

n Həştərxan və Azərbaycan arasında səmərəli işlərin nəticəsi olduğunu qeyd edərək, yeni dərs ilində şagirdlərə işlərində uğurlar dilədi və yeni zirvələri fəth etmələrini arzulamışdır.
Ədalət Hüseynov Heydər Əliyev Fondu adından Bilik günü, dərs ilinin başlanması ilə müəllim, şagird və onların valideynləri təbrik edərək, müəllimlərə uğurlar və uşaqlara gələcəkdə Azərbaycan xalqının ümummilli lider Heydər Əliyev kimi layiqli insanlar olmağı arzulayıb. O, həmçinin Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin tədris ilinin başlanması münasibətilə təbriklərini çatdırdı.
Məktəbin direktoru Tatyana Tixomirova Heydər Əliyev Fonduna məktəbin fasadının yenilənməsinə, məktəbin əməkdaşlarına və valideynlərə məktəbin dərs ilinə hazırlanmasında göstərdikləri köməkliyə görə minnətdarlığını bildirib.
Mərasimdən sonra məktəb müəllimləri, şagirdlər və valideynlər Heydər Əliyevin adını daşıyan parkda yerləşən abidəsinin önünə gül dəstələri qoyublar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam