Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Qadın sahibkarlığı forumu” keçirilir -Həştərxanda - fotolar

 Rusiya Federasiyasının Həştərxan şəhərində “Həştərxan-Azərbaycan: qadın sahibkarlığı forumu” keçirilir

 

Yenixeber.org: 22-23 oktyabr tarixlərində Rusiyanın Həştərxan vilayətində keçiriləcək “Həştərxan-Azərbaycan: qadın sahibkarlığı forumunda” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir.

Həştərxan vilayətini forumda Vilayət rəhbərliyində, vilayətin işgüzar həyatında fəal iştirak edən qadınlar təmsil edirlər.

Forum çərçivəsində “Qadın sahibkarlar əməkdaşlığın genişlənməsi və sosial-iqtisadi əməkdaşlıq” mövzusunda ekspert sessiyalar, biznes-sessiyalar və sərgilər keçiriləcək.

Forumdan öncə tədbir iştirakçıları Həştərxan şəhərinin mərkəzində ucaldılmış Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Həmçinin nümayəndə heyətinin üzvləri Ümummilli liderin abidəsinin yerləşdiyi parkda ağacəkmə aksiyasında iştirak ediblər.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxan şəhərində icra olunan sosial layihələrin bir hissəsi olan park 3 hektardan artıq ərazini əhatə edir və parkda müasir oturacaqlar, işıqlandırma, fontan quraşdırılmış, şəhər əhalisinin sevimli məkanlarından birinə çevrilmişdir. Parkda Ulu Öndər Heydər Əliyevin abidəsi ucaldılmış və abidənin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Daha sonra parkın ərazisində Fondun təşəbbüsü və dəstəyi ilə “Meçta” uşaq əyləncə şəhərciyi və uşaq kafesi, “Azərbaycan-Rusiya Dostluq Körpüsü” inşa edilmişdir.

Daha sonra Həştərxan vilayətinin qubernatorunun iqamətgahında forumun açılış mərasimi baş tutmuş, açılışı Vilayətin qubernatoru vəzifəsini icra edən Sergey Morozov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova etmişlər.

Həştərxan İşgüzar Qadınlar Assosiasiyası və Həştərxan vilayəti hökuməti tərəfindən təşkil olunan mərasimdə Həştərxan və Azərbaycanın işgüzar xanımları qarşılıqlı iqtisadi, biznes əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunmuş və bir sıra məsələlər üzrə razılıqlar əldə olunmuşdur.

Forum öz işini Həştərxan şəhərində yerləşən Azərbaycan İş Mərkəzində işgüzar görüşlərin keçirilməsi ilə davam etmişdir. Həmçinin Mərkəzdə yerləşən sərgi zalında “Made in Azerbaijan” brendi adı altında azərbaycanlı və həştərxanlı qadın iş adamlarının rəhbərlik etdikləri şirkətlər tərəfindən istehsal olunan məhsulların sərgisi təşkil olunub.

Forum öz işini 2 gün ərzində davam etdirəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam