Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Türkiyəyə gedənlərin nəzərinə:geri qayıtmalı olacaqsınız...

 

Əsas etibarnaməylə idarə edilən avtomobil vasitəsilə Türkiyəyə səfər etmə proseduru dəyişdirilib.

Yenixeber.org: Artıq avtomobillə Türkiyəyə səfər etmək üçün idarə etdiyiniz avtomobilin sahibinin əsas etibarnaməsi kifayət etmir. Belə ki, Türkiyə gömrüyü artıq ölkəsinə daxil olan minik avtomobillərinin sürücülərindən idarə etdikləri avtomobilin etibarnaməsi ilə yanaşı, avtomobilin sahib olduğu şəxsin xarici pasportunun seriya nömrəsini də tələb edir.

Bu ildən etibarən tətbiq edilən yenilik etibarnamə ilə Türkiyəyə səfər edənlərin saatlarla Türkiyə sərhədində qalmasına səbəb olub. Hətta avtomobilin sahib olduğu şəxsin xarici pasportunun seriya nömrəsini tapa bilməyənlər geri qayıtmalı olublar. Sürücülərin əksəriyyəti tətbiq edilən bu yenilikdən elə Türkiyə sərhədində xəbər tutub.

Bundan başqa, Azərbaycandan Türkiyəyə avtomobillə səfər zamanı avtomobil sığortası üçün müəyyən məbləğ tələb edilir. Bu məbləğ avtomobilin mühərrik həcminə görə 60, 70, 80 dollar arasında dəyişir. Lakin bu məbləği ödəməyib, daha ucuz qiymətə də avtomobilinizi sığorta etdirib, Türkiyə sərhədini keçə bilərsiniz.

2016-cı ildə tətbiq edilən yeniliyə əsasən, Azərbaycan sərhədində avtomobilinizi “Yaşıl sığorta” etdirməklə Türkiyə sərhədini daha ucuz və rahat keçə bilərsiniz (bunun Gürcüstan sərhədində ödəyəcəyiniz 30 lari sığorta haqqına aidiyyəti yoxdur). Mühərriki 1.6 at gücündə olan avtomobil üçün “Yaşıl sığorta”nın qiyməti cəmi 17 manatdır.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam