Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Sumqayıtın 1 saylı Doğum Evində özbaşınalıq, rüşvət xəstəliyi....ŞOK VİDEO

Yenixeber.org: “Nyus.Az -ın redaksiyasına Sumqayıt 1 saylı doğum evində “rüşvətin” necə alınması və tələbi barədə şok video təqdim edilmişdir. Videodan bəlli olur ki, doqum evində qorxmadan və çəkinmədən hər kəsdən rüşvət yığılır. Bəs baş həkimin bu toxunaulmazlığını kim təmin edir? Baş həkim barədə qısaca arayış.
Əvvəllər “Real” özəl tibb mərkəzinə rəhbərlik etmiş Təranə Rəcəbli, indi də öz təcrübəsini dövlət səhiyyə müəssisəsində tətbiq edir. Hələ bir neçə il əvvəl yəni 2017-ci ilin may ayında doğuş zamanı ana və körpəsi ölür. Hadisə şəhərin 1 saylı Doğum Evində qeydə alınır.

1979-cu il təvəllüdlü Gülnarə Təyyar qızı Əkbərova doğum zamanı dünyaya gətirdiyi körpə ilə yanaşı, özü də ölür.. Baş həkim o hadisə ilə bağlı bildirib ki, 38 yaşlı Sumqayıt sakini Gülnarə Əkbərovanın üçüncü hamiləliyi olub. Onun yaşı da hamiləlik üçün ciddi təhlükə yaradıb.

Əkbərovlar ailəsi həkim səhlənkarlığı iddiası ilə şikayət ediblər. Ancaq heç bir nəticəsi olmur və ana-uşaq qətli ört-basdır edilir – (bu barədə sonra)…
Bu arxayınlığın nəticəsidir ki, bu gün Sumqayıtın 1 saylı Doğum Evində özbaşınalıq, rüşvət xəstəliyi, ələbaxımlılıq, ana və ata olmağa hazırlaşanların soyulması hələ də davam edir.

Təqdim olunan video kadrlarından bəlli olur ki, təkrar müayinəyə gələnlərdən pul istənilir. Tibb işçiləri təkrar müayinəyə 12 manat alırlar.

Bu tibb ocağını Sumqayıt bazarına çevirmiş keçmiş baş həkim Sevda İsgəndərovanın yolunun layiqli davamçısı Təranə Rəcəbliyə “gözün üstə qaşın var” deyilməməsi hamisi ilə bağlıdır.

T.Rəcəblinin Sumqayıt şəhər icra hakimi olan Zakir Fərəcovla qohumluq əlaqələri var. Baş həkim icra başçısının qızının baldızıdır.

Yəni, Z.Fərəcovun kürəkəninin bacısı doğum evini şəxsi mağazası kimi idarə edir. Bəs, nazirlik? Qəribə sualdır…

Şirəliyev hansı rüşvətxor baş həkimin, hansı əməliyyat stolunda xəstəni öldürən səhlənkar həkimin, hansı səhv diaqnoz qoyan yaxud səhv müalicə edərək müxtəlif dərmanlarla vətəndaşı şikəst qoyan həkimin xətrinə dəyib ki?!

Nazirlik hansı xəstəxanadan, hansı tibb müəssisəsindən qanunsuzluq faktı təqdim elə, ölüm və yaxud səhlənklarlıq sübutu ortaya qoy, mətbuat xidməti əbədi narkoz verərək yuxuya getmiş kimi sükutla qarşılayır…

Ona görə də Sumqayıtın ağasına çevrilmiş və şəhəri altını üstünə çevirmiş Z.Fərəcovun qohumunun 1 saylı Doğum Evində hansı mühiti yaratdığı aydındır.
Əvvəllər “Real” özəl tibb mərkəzinə rəhbərlik etmiş Təranə Rəcəbli, indi də öz təcrübəsini dövlət səhiyyə müəssisəsində tətbiq edir.

Təranə xanım özü ilə köhnə iş yerindən üç gənc xanım da gətirib. Onlardan biri katibədir.

Digər ikisi, Turanə və Sevinc adlı qızlar isə, xəstəxanada yalnız pul yığmaqla, gəlib-gedənlərin sayına nəzarət etməklə məşğuldurlar.

İndi bizim müəssisədə adi doğuş üçün 350 manat, qeysər əməliyyatı üçün də 650 manat pul ödəmək tələb olunur.

Bu məqsədlə qəbul şöbəsində Elza adlı bir işçi oturub və daxil olan pasiyentlərdən pulu alıb, sonra da Turanəyə və ya Sevincə təhvil vermək məhz onun funksiyasına aiddir. Təsəvvür edin ki, ay ərzində bizim doğum evinə 150-200 nəfər pasiyent gəlir.

Həkimlərə isə ciddi şəkildə tapşırılıb ki, daxil olan pasiyentə pul “oxuya” bilməyən həkimlər doğuş qəbul etməyə buraxılmayacaqlar.

Kəsəsi, Sumqayıtda 1 saylı Doğum Evi əsaslı təmirdən çıxsa da, qaydaları köhnə-küşküldür, idarəçilik çürüməkdədir, baş həkim isə qardaşının icra başçısı olan qayınatasına arxalanaraq “burda mənəm, nazirlikdə Şirəliyev, Sumqayıtda Fərəcov” deyib istəklərini gerçəkləşdirir.

Onu da bildirək ki, doğum evindən çəkilmiş kadrların təqdim olunmasında texniki problem yaranıb, yaxın günlərdə növbəti araşdırma yazımızda video görüntüləri də yayacağıq.

Biz isə nazirliyin də, icra hakimiyyətinin də, baş həkimin sə mövqeyini geniş şəkildə işıqlandırmağa hazırıq.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam