Bərdə rayon Doğum Evində qapıdan girib çıxana qədər rüşvət paylamalısan
Yenixeber.org: Baş həkim Tünzalə Quliyeva bazar açıb.
Sakinlər bildirirlər ki, doğum şöbəsində əvvəlcə xəstənin yaxınlarını “doğuzdururlar”, soğan qabığı kimi soyub buraxmayana qədər əl çəkmirlər.
Bu da kasəb əhali arasında ciddi narazılıq yaradıb. Səhiyyə Nazirliyinə şikayətlər yazılmasına baxmayaraq, T.Quliyevanın doğuş bazarı bağlanmayıb.
Sakinlərin narazılığını əks etdirən video faktlar da sosial şəbəkələrdə var. Onlarla belə videodan yalnız birini təqdim edəcəyik ki, oxucular vəziyyətdən agah olsunlar.
Səhiyyə Nazirliyi isə tükünü də tərpətmir və belə çıxır ki, T.Quliyeva nazirlikdəki himayəçilərinə güvənir.
Faktiki olaraq isə dövlət tibb şöbəsində hər şey pulludur, rüşvətsiz xəstə qəbul olunmur, övlad dünyaya gətirən ananın həyat yoldaşından, yaxınlarından hər addımdan pul qoparılır.
Əgər gecə saatlarında şöbəyə təcili xəstə gətirilsə və doğuş sancıları tutarsa, pul almamış ona baxmırlar. Sakinlərin sözlərinə görə, T.Quliyeva nazirliyi saymır.
Nazir Oqtay Şirəliyev doğum şöbəsindəki vəziyyətlə tanış olarsa, qanı donacaq.
Tünzalə Quliyevanın rəhbərlik etdiyi doğum evində xəstələrin başına müsibət gətirilir, rüşvətxorluq, özbaşınalıq, dərəbəylik, yiyəsizlik hökm sürür.
Doğum evində biabırçı kadrlarda ən çox baş həkim Tünzalə Quliyevanın, Kifayət və Xuraman adlı həkimlərin adı hallanır.
Onun vətəndaşlara qarşı kobud davranışı, pasientlərə əl qaldırması, fiziki zorakılıq göstərməsi lentə alınıb.
Bərdədə ana və uşaq ölümləri durmadan artır. Faktları təqdim edirik:
Rayonun Şatırlı kənd sakini İlahə Ağarza qızı Qasımovanın Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evində dünyaya gətirdiyi oğlan övladı ölüb.
Yaxınlarının verdiyi məlumata görə, həkimlər uşağın normal doğulduğunu bildiriblər. Doğuşdan 5 gün sonra isə körpənin meyiti onlara təqdim olunub.
Ailə üzvləri körpənin həkim səhlənkarlığına görə öldüyünü iddia edirlər. Ağdam rayon Paşabəyli kənd sakini, 30 yaşlı Sevinc Əli qızı Quliyeva Bərdə Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Doğuş çətin olduğundan ananın həyatını xilas etmək üçün cərrahiyyə üsulu həyata keçirilib. Lakin uşağın həyatını xilas etmək mümkün olmayıb.
Sevinc Quliyevanın qayınanası Pəri Quliyeva qeyd edib ki, onun nəvəsi həkim məsuliyyətsizliyindən tələf olub.
Yevlax rayon sakini 25 yaşlı Aynur Məhərrəm qızı Manafova Bərdə Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib.
O, doğuş zamanı həyatını itirsə də, övladı sağ qalıb. Bu, mərhum ananın ikinci doğuşu olub. Hadisə qeysəriyyə əməliyyatı zamanı baş verib.(fia.az)