Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycanda marketlərdə dərman satıla bilərmi?

Azərbaycanda marketlərdə dərman satıla bilərmi?

 

 

Bu gün dünyanın bir sıra ölkələrində reseptsiz dərmanların marketlərdə də satılmasına icazə verilir. Azərbaycanda isə hələ ki, bu cür icazə yoxdur

 

Yenixeber.org: Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev deyib ki, Azərbaycanda hələ ki, bununla bağlı məsələ gündəmdə deyil.

Deputat vurğulayıb ki, dünyada belə bir təcrübə olsa da, Azərbaycanda tətbiq olunmur. Onun sözlərinə görə, ölkəmizdə dərman vasitələrinin deyil, bioloji aktiv maddələrin aptekdən kənarda, marketlərdə satılmasına icazə verilib:

"Biz bu məsələyə bir neçə ay əvvəl baxdıq və qanunvericiliyə dəyişiklik edildi. Hazırda bioloji aktiv maddələrin marketlərdə satılmasına qanunla icazə var, burada uyğun sanitar-gigiyenik normalar, temperatur, işıq rejimi gözlənilməklə satışına icazə verilir. Əgər bu şəraiti təmin edən marketlər istəsələr, bioloji aktiv maddələri də sata bilərlər. Lakin dərman vasitələrinin satılmasına icazə verilmir. Dərmanların satışına icazə verilməsi hələ ki, gündəmdə deyil. Bilirsiniz ki, Azərbaycanda icbari tibbi sığortaya keçid planlaşdırılır və reseptlə satılan dərmanlar icbari sığorta paketinə daxil olacaq. Bəlkə də ondan sonra bu məsələyə baxmaq olar".

M.Quliyev bildirib ki, böyük ölkələrdə bu təcrübə tətbiq olunur: "Dərmanların marketlərdə satılmasına icazə verilməsi üçün uyğun şərait yaradılmalıdır. Təsəvvür edin ki, kənd rayonunda mağazada dərman satılır. Bilməyəcəklər ki, o dərmanı hansı şəraitdə, hansı tempraturda saxlamaq lazımdır. Hələ ki, reseptsiz satılan dərmanların apteklərdən kənarda satılmasına icazə verməyə ehtiyac görmürəm, çünki Azərbaycanda aptek şəbəkəsi kifayət qədər genişdir".

Qeyd edək ki, Rusiyada ərzaq mağazalarında reseptsiz verilə bilən dərmanların satışına icazəni nəzərdə tutan qanun layihəsi 2017-ci ildə hazırlanıb.

Mütəxəssislər hesab edirlər ki, qanun layihəsi qəbul olunacağı təqdirdə əsasən kiçik şəhərlərdə apteklər bağlana bilər.

Qeyd olunur ki, bu qanundan daha çox ərzaq mağazalarının yaxınlığında yerləşən apteklər zərər görəcək.

Qanun layihəsinin müəlliflərinin fikrincə isə, reseptsiz verilə bilən dərmanların ərzaq mağazalarında satışı dərmanların ucuzlaşmasına gətirib çıxara bilər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam