Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakı avtovağzalı gücləndirilmiş iş rejiminə keçir

Bakı avtovağzalı gücləndirilmiş iş rejiminə keçir

 

 

Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə əlaqədar iş qrafikində dəyişiklik edib

 

Yenixeber.org: Avtovağzaldan verilən məlumata görə, dekabrın 25-dən yanvarın 4-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

“Bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir.

Qeyd edək ki, hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsi ilə təxminən 8,5-9 min sərnişin yola salınırsa, bayram ərəfəsində 650-700-dən yuxarı reyslə 16-17 mindən çox sərnişin daşınması nəzərdə tutulur. Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur”, - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, biletləri kassadan və ya onlayn qaydada əldə etmək mümkündür. Əlavə sual və təkliflər üçün 012 406 01 58 (59) nömrələrinə müraciət etmək olar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam