Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Səlim Müslümov öz kadrını “vurdu”!

                          

 

                                22 saylı TSEK-da qalmaqal

 

   “Xeberinfo.com”: Ağcabədi və Ağdam rayonlarını əhatə edən 22 saylı Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) üzvü Yolçu Əsgərovun  iyunun 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çağrılaraq işdən azad olunması ilə bağlı ərizəsi alınıb. Bu faktla bağlı “xeberinfo.com”a ilginc məlumat daxil olub. İşdən azad olunmasi ilə bağlı faktı Yolçu Əsgərovun özü də bizimlə telefon söhbətində təsdiq etdi.

   Cəmi iki ay əvvəl 22 saylı TSEK-nın heyətinə daxil edilən Yolçu Əsgərovun komissiyanın tərkibindən çıxarılmasının səbəbi isə çox maraqlıdır. Maraqlı olduğu qədər də faktlarla zəngindir. Belə ki, məlumata görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 22 saylı TSEK-də əlillik dərəcəsi almaq istəyənlərdən yenə rüşvət alınmsı haqqında məlumat daxil olub. Nazir Səlim Müslümov isə dərhal məlumatın araşdırılmasına göstəriş verib. Səlim Müslümovun belə qəti hərəkət etməsinə səbəb isə rüşvət qalmaqalında rəhbərlik etdiyi nazirliyin adının hallanması olub. Nairliyə daxil olan məlumatda deyilirmiş ki, əlillik almaq istəyən şəxslərə bildirilir ki, əlillik dərəcəsi almaq üçün yalnız nazirliyə çatacaq məbləğ 1500 manatdır.

   Belə görünür ki, kimlərsə nazir Səlim Müslümovun TSEK-dəki korrupsiyaya qarşı mübarizəsini də gəlir mənbəyinə çevirmək istəyirlərmiş. Bundan xəbər tutan nazir dərhal məsələnin araşdırılmasına göstəriş verib. Bu məqsədlə 22 saylı TSEK-ın sədri Reyhan Məmmədova nazirliyə dəvət olunub. Komissiya sədri Reyhan Məmmədova nazirlik əməkdaşlarını inandıra bilib ki, bu rüşvət qalmaqalının ona heç bir aidiyyatı yoxdur.

   Bizdə olan məlumatlara görə isə komissiya sədri Reyhan Məmmədova bu işlərin arxasında komissiyanın üzvü Yolçu Əsgərovun dayandığını bildirib. Bundan sonra Yolçu Əsgərovun iyunun 21-də nazirliyə çağrılaraq ərizəsi alnıb və dərhal da işdən azad edilib. Bu və digər məlumatlarla bağlı Yolçu Əsgərovun münasibətini öyrənərkən keçmiş komissiya üzvü rüşvət məsələsinin ona aidiyyatı olmadığını bildirdi. Yolçu Əsgərov hesab edir ki, o yalan və böhtanın qurbanı olub. Əslində əlillik dərəcəsi almaq istəyənlərdən rüşvəti komissiya sədri Rehan Məmmədovanın qohum-əqrabası yığırmış(?)

   22 saylı TSEK-in sədri Reyhan Məmmədovanın bu ittihamlara münasibətini öyrənə bilmədik. Əgər komissiya sədri münasibət bildirmək istəsə, onu da dinləməyə hazırıq. Əldə etdiyimiz bir məlumata görə isə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 22 saylı TSEK-dakı rüşvət qalmaqalı ilə bağlı matrialların prokurorluğa göndərilməsinə göstəriş verib. Bu isə o deməkdir ki, 22 saylı TSEK-daki rüşvət qalmaqalına nöqtə qoyulmayıb.

 

   Bu məsələ ilə bağlı əldə etdiyimiz məlumatları araşdırmağa davam edəcəyik və mövzunu diqqətdə saxlamağa çalışacağıq.

 

 

     Laçınlı

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam