Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

TSEK-da misli görünməmiş saxtakarlıq!

 

 

 

     2012-ci ildə vəfat edən şəxs 2014-cü ildə 30 saylı TSEK-da komissiyadan “keçirilib”

 

“Xeberinfo.com”: Redaksiyamıza Cəlilabad rayonu Alıqasımlı kənd sakini Abıyev Habil Heydər oğlu tərəfindən geniş ictimai marağa səbəb olacaq məktub daxil olub. Müəllif məktubuna müəyyən sənədlərin surətini də əlavə edib. Söhbət hazırda Rusiyada həbsdə olan bir-neçə şəxsin və 2012-ci ildə vəfat edən şəxsin 2014-cü ildə 30 saylı TSEK-da komissiyadan “keçirilmələrindən” gedir.

 Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri təyinatından sonra Tibbi Sosial Ekspert Komissiyasında (TSEK) belə bir rüsvayçı faktın üzə çıxması müxtəlif prizmalardan yanaşmaları zəruri edir. Hay-küylü kadr dəyişiklikləri, islahat adı ilə manipulyasiyalar, ... bu da əlahəzrət fakt. Diqqətçəkən məqam həm də odur ki, 30 saylı TSEK-nın sədri xanım Xoşbəxt Ağayeva Səlim Müslümovun kadrı sayılır. Məlumata görə, Xoşbəxt Ağayeva baş nazirin müavinlərindən birinin çətiri altına sığınıb.

Onu da qeyd edim ki, biz yazını dərc etməzdən öncə 30 saylı TSEK-nın sədri xanım Xoşbəxt Ağayevanı da dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki çabalarımız nəticəsiz qaldı. Məktubu olduğu kimi dərc edirik və qarşıdakı günlərdə lazımı araşdırmalarımızı davam etdirəcəyik.  

 

“Yazıb sizə bildirirəm ki, Cəlilabad rayonunda yerləşən 30 saylı Tibbi-Ekspert Komissiyasının rəhbəri Xoşbəxt Ağayevanın saxtakar əməlləri ilə bağlı dövlət orqanlarına müraciət etmişdik. Xoşbəxt Ağayeva vəfat edən və Rusiyada olan vətəndaşların sənədlərini saxtalaşdıraraq dövlətin pullarını mənimsəyir. TSEK-i rüşvət yuvasına çevirib, o bura vəzifəyə göndəriləndən sonra taslar ikiqat qalxıb. Cəlilabad rayonu Günəşli kənd sakini İmanova Zəminə Əlgüşad qızı 2012-ci ilin iyun ayında vəfat etmişdir. Lakin 30 saylı TSEK-in ağıllı rəhbəri Xoşbəxt Ağayeva onu komissiyada müayinədən keçirərək xəstəliyini təsdiq etmişdir. 363 nömrəli saxta protokol Xoşbəxt Ağayevanın imzası ilə Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad şöbəsinə göndərilmişdir. 16.04.2014-cü ildə tərtib olunmuş həmin protokolda mərhum Zəminə İmanovanın sıra nömrəsi 137, ona yazılmış arayışın nömrəsi isə 374 494-dür. Həmin protokolların əlimizdə olan sürətini sizə göndəririk ki, araşdırılsın və cinayətə hüquqi qiymət verilsin. Bu işi Xoşbəxt Ağayeva rüşvət alaraq görmüşdür.

     Dövlət orqanlarına bu barədə məktubumuzdan sonra Xoşbəxt Ağayeva öz yanına çağırdı. Hamımızı ağır küçə söyüşləri ilə təhqir etdi, tutduracağı ilə hədələdi. Dedi ki, gedin hara şikayət edirsinizsə edin, məniim adamım var, nə yolla olursa olsun bu işi bağlatdıracağam, amma sizə pis olacaq! İndi həyatımız təhlükədədir, Xoşbəxt Ağayeva bizi şərləyərək tutdurmaq istəyir. Biz bu işi qaldıranlar Qarabağ veteranları və xəstə adamlarıq, əsəblərimiz tamamilə tarıma çəkilib.

 

     Xahiş edirik ki, qəzetiniz və saytınız bu məsələni işıqlandırsın və dövlət təhlükəsizliyimizin təminatı üçün tədbirlər görsün. Xoşbəxt Ağayevanın saxtalaşdırdığı həmin kağızların, ölmüş adamın adına saxtalaşdırdığı dövlət sənədlərinin surətini sizə göndəririk ki, baxasınız. Bu adam hüquq-mühafizə orqanlarına rüşvət verərək sudan quru çıxmaq istəyir. Azərbaycan dövlətçiliyinə ləkə gətirilməsinin qarşısının alınmasını özümüz və Cəlilabadın çoxsaylı camaatı adından sizdən xahiş edirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam