Redaktor seçimi
Qorxmaz Hüseynovun qardaşına korrupsiya ittihamı-
Qida Təhlükəsizliyi Agentliyi “obxess” rolunda-
DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR-
Abunəçilər “Azercell”i biabır etdilər: Şəhərin ortasında şəbəkə itir, internet isə bərbaddır-
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
55 milyonluq tender udan şirkət “yoxa” çıxıb – Fəhlələr 4 ildir maaşlarını ala bilmir:
“METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər… –
Günün xəbəri

“BU PSİXOZ BİTƏNDƏN SONRA MARAQLI ŞEYLƏR DANIŞACAM” -Lukaşenko inadından əl çəkmir - Video

 

 Belarus prezidenti Aleksandr Lukaşenko ölkə müəssisələrinin birindəki çıxışı zamanı dünyanı bürüyən koronavirus epidemiyası ilə bağlı maraqlı fikirlər səsləndirib.

 Yenixeber.org: İnadla ölkəsini karantin rejiminə keçirməkdən imtina edən Belarus prezidenti bu dəfə insanları koronavirusun necə peyda olması və ondan ən çox kimlərin yararlandığı barədə düşünməyə çağırıb.

A.Lukaşenko deyib ki, bu pandemiya barədə bildiyi çox şeylər var və bunları “koronavirus psixozu” bitəndən sonra açıqlayacaq: “Bu koronavirus, virus yox, psixoz bitəndən sonra mən sizə çox maraqlı şeylər danışacam. Sizsə iki sual üzərində düşünün – koronavirus əllə törədilən infeksiyadır, yoxsa təsadüfən havadan əmələ gəlib? O, kimə lazım idi? İkinci sual – dünyada mənim həmkarlarım olan siyasətçilər və digərləri bundan öz maraqları üçün istifadə etməyə çalışıblarmı?...”

Beləliklə də, Lukaşenko iki sual üzərində düşünməyi məsləhət görüb: “bu virus kimə lazım idi və ondan kim istifadə etdi”.

Daha sonra “sarı jeletlilərin” aksiyalarını xatırlatmaqla sətiraltı şəkildə Fransa, eləcə də digər Avropa və nəhəng dünya ölkələri rəhbərlərinə eyham vuran Lukaşenko onların “odla oynadıqlarını” deyib. Lakin bu barədə pandemiya bitəndən sonra danışacağını söyləyən Belarus prezidenti bir daha koronavirusun məqsədli şəkildə yayıldığı və bundan sui-istifadə edildiyi fikrində olduğunu vurğulayıb.

Daha sonra növbəti dəfə Rusiyanın ölkəsilə sərhədləri bağlamasından gileylənən Lukaşenko «dost dar gündə tanınır” deyərək, Belarusun yalnız öz gücünə arxalanmalı olduğunu bildirib. Həmçinin xatırladıb ki, Belarusun Rusiya qədər maddi imkanları, maliyyə resursları yoxdur.

Dünən keçirilən buzüstü xokkey matçında iştirak edən Aleksandr Lukaşenko jurnalistlərin suallarına cavab verərkən isə “diz üstə yaşamaqdansa, ayaq üstə ölmək yaxşıdır”, deyə bildirib. Belarus prezidenti koronavirus epidemiyasının onun iş qrafikinə necə təsir etdiyi barədə suala cavab verərkən belə deyib. Lukaşenko əlavə edib ki, idman, xüsusilə də buzüstü xokkey istənilən virusla mübarizə üçün ən yaxşı vasitədir: “Burda heç bir virus yoxdur, bura (buz meydançası-red.) soyuducudur”.

Bundan əvvəl isə çıxışlarının birində Belarus prezidenti demişdi ki, koronavirusla mübarizə üçün ən effektli vasitələr “hamam, vodka və saladır”.

 

 

Xatırladaq ki, Belarus Avropada və keçmiş SSRİ məkanında koronavirusla bağlı heç bir karantin tətbiq etməyən iki ölkədən biridir (Digəri İsveçdir). Ölkədə idman yarışları da daxil olmaqla, kütləvi tədbirlərə heç bir məhdudiyyət qoyulmayıb, müəssisələr, orta və ali məktəblər, ticarət obyektləri və s. əvvəlki qaydada fəaliyyət göstərir, sərhədlər bağlanmayıb.

Koronavirus bütün dünyada pandemiya elan ediləndən indiyə qədər Belarusda cəmi 94 koronavirusa yoluxma halı qeydə alınıb, ölən yoxdur.(azpolitika)

Cəlal

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}