Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

AŞPA katibliyinə girovlarla bağlı qətnamə layihəsi təqdim olunub

 

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov Ermənistan əsgərləri tərəfindən girov götürülən və Dağlıq Qarabağdakı separatçı rejimin oyuncaq məhkəməsi tərəfindən azadlıqdan məhrum edilən Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin ədalətli mühakimə hüququnun təmin olunmasına dair qətnamə layihəsi hazırlayaraq AŞPA katibliyinə təqdim edib.

"Xeberinfo.com":  APA-nın xəbərinə görə, deputat bildirib ki, AŞPA-nın prosedur qaydalarına əsasən qətnamə təklifi ən azı 5 üzv dövləti təmsil edən 20 deputat tərəfindən imzalandıqdan sonra gündəliyə daxil edilməlidir: “Təqdim etdiyim bu qətnamə layihəsinə isə Avropa Şurasına üzv olan 47 ölkədən 24 ölkəni təmsil edən deputatların imza atması haqq-ədalətin bu günahsız insanların tərəfində olduğunun göstəricisidir”.

E. Süleymanov deyib ki, Ermənistanın işğal etdiyi ərazilərdə formalaşdırdığı separatçı rejim heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayıb, qeyri-legitimdir, odur ki, onun formalaşdırdığı “məhkəmə” də qanunsuzdur: “Qeyri-legitim “birinci instansiya məhkəməsi” 19 dekabr 2014-cü ildə Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib. Odur ki, bu qərar qeyri-qanunidir. Məhz ona görə də qətnamə layihəsində vurğulanır ki, “iki hökm çıxarmış məhkəmə tanınmamış separatçı siyasi təsisat tərəfindən yaradıldığına görə, nə hər hansı dövlətin məhkəmə orqanı tərəfindən hüquqi şəkildə tanınır, nə də ümumi yurisdiksiya məhkəməsi proseslərinin əsaslandığı təməl prinsiplərə uyğun gəlir. Belə ki, bu “məhkəmə”də həmin tanınmamış separatçı siyasi təsisatın insan hüquqları yaxud hüququn aliliyinə zəmanət verən beynəlxalq müqavilələrə qoşulmasından irəli gələn nəzarət və əsas qaydalar mövcud deyil”.

E. Süleymanovun sözlərinə görə, tam aydındır ki, D. Əsgərov və Ş. Quliyev qanunsuz olaraq saxlanılıblar və onlar üzərində qurulan məhkəmə saxtadır: “Odur ki, bizim qətnamə layihəsinin əsas məqsədlərindən biri işğalçı Ermənistanın yaratdığı separatçı rejim tərəfindən qurulan saxta məhkəmə oyununu ifşa etmək və beynəlxalq aləmə çatdırmaqdan ibarətdir. Bu məqsədlə qətnamə layihəsində D. Əsgərovun və Ş. Quliyevin qanunsuz saxlanılması və məhkum edilməsinə görə məsuliyyət daşıyan bütün tərəflərdən bu şəxslərin dərhal azadlığa buraxılmasına və hüquqlarının bərpasının təmin olunmasına çağırış edilir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam