Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

SURİYADA MÜTTƏFİQSİZ QALMIŞ TÜRKİYƏ BU DALANDAN NECƏ ÇIXACAQ: rus analitikin Ərdoğan üçün nəhs proqnozu –Müsahibə

 

rosbalt.ru, 05.09.2019

 

Yenixeber.org:   Yaxın Şərq üzrə ekspert Mixail Maqid “Rosbalt”ın icmalçısına Türkiyənin Suriyada düşüdüyü durumdan danışıb.

 

-Fikrinizcə, formal müttəfiqlərin – Ərdoğan və Əsədin ciddi toqquşması nə qədər ağlabatandır? Ya bu yaxınlarda Türkiyə konvoyunun atəşə tutulduğu, sadəcə, təsadüfdür?

-Heç də təsadüf deyil. Əsəd və arxasında duran güclər – Rusiya və İran mümkünlüyün hüdudlarını yoxlayırlar: Türkiyə İdlibi və öz bazalarını, bölgədəki konvoylarını qorumağı bacararmı? İndiki anda cavab mənfidir – Türkiyə nəinki  Əəsəd bombalarının altında tədricən xarabazarlığa və ölü kəndlərə çevrilən təkcə İdlibi, antiəsəd müxalifətin nəzarət etdiyi son bölgəni  qorumaq gücündə deyil, hətta öz qoşunlarını qorumaq və zərbəyə zərbəylə cavab vermək halında deyil.

Bu, Ərdoğanın ciddi siyasi məğlubiyyətidir, simanı itirməkdir. Amma deyilməlidir ki, İdlibdəki hadisələr yekunlaşmaqdan uzaqdır və Türkiyə qoşunları oradan çıxarılmayıb. Buna görə gələcəkdə nəticəsi gözlənilməz olan yeni toqquşmalar mümkündür. Bu mənada Əsəd də, Rusiya da Suriyanın bu əyalətində təhlükəli oyunlar oynayırlar.

2015-ci ildə Türkiyə tərəfindən Rusiya hərbi təyyarəsinin vurulmasıyla bağlı hadisədən sonra Putin və Ərdoğan birbaşa söhbət etməyi öyrəniblər. Hər ikisi o zaman dərk edib ki, Rusiya və Türkiyə arasında savaş son dərəcə təhlükəlidir və hər iki dövlətə əlverişli deyil. Belə ki, onlar silahlı münaqişədən yayınmağa çalışırlar. Nüvə dövləti ilə toqquşma Ankaraya gərək deyil. Rusiya Ukraynadan güclü kimləsə savaşa hazır deyil – hələ bir öz bazalarından böyük  uzaqlıqda. Bu, ölümcül riskdir.

Moskva buna görə də o zaman Türkiyənin vurduğu təyyarəyə zərbə ilə cavab vermədi və hadisənin gedişində daha bir Rusiya təyyarəsini vurduğuna görə İsrailə də cavab verməyə başlamadı. Amma İdlibdə ipləri daim dartışdırmaq yenə də RF və Türkiyə arasında gərginliyi artırmağa səbəb olur, bu da təhlükəlidir.

-Niyə məhz İdlib belə gərginlik doğurur?

-İdlib xroniki qarışıqlıq zonasıdır. Əsəd və müttəfiqləri müxalifətin döyüşçüləri və Suriya prezidentinin silahlı rəqiblərini bu və ya digər dərəcədə dəstəkləyən Türkiyəyə qarşı dururlar. Məsələ bununla qəlizləşir ki, “Heyət Təhrir əş-Şam” (HTŞ) İdlibin böyük hissəsinə nəzarət edir. Bu, yaxşı hazırlanmış, özünü sünni müsəlman və silahlı cihad tərəfdarı sayan 20-30 minlik fanatik döyüşçüdür.

Bu qruplaşma antiəsəd üsyanının gedişatında yerli əhali tərəfindən  İdlibin 160 şəhər və kəndində qurulmuş özünüidarə şuralarını – inqilabi qurumları məhv edib. HTŞ şuraları qovaraq orada öz diktaturasını qurub və əhaliyə vergi qoyaraq onun nifrətini doğurub. Döyüşçülər orada istədiklərini edir, o cümlədən Əsədin nəzarət etdiyi ərazilərə basqın edir, Rusiya hərbi bazalarını atəşə tuturlar və s. Öz növbəsində  Əsədin və müttəfiqlərinin gücləri zaman-zaman İdlibdə bombardman və bir nöqtəyə hədəflənmiş quru hücumları ilə cavab verərək HTŞ və müxalifətin başqa qruplaşmalarını oradan sıxışdırmağa çalışırlar.

Eyni zamanda Rusiya, Türkiyə və İranın Soçidə bağladığı sazişlər nəticəsində İdlib təhlükəsizlik zonası elan edilib. Orada Türkiyənin hərbi bazaları, müşahidə məntəqələri yerləşib. Ankara bu bölgəni qorumağı və deeskalasiyaya yardım etməyi öhdəsinə götürüb, amma bunu etməyə hazırlaşmır.

Nəticədə Ərdoğan simasını itirərək Əsədin hücumları qarşısında gücsüzlük göstərir. Hətta bu riskə gedir ki, İdlibdən Türkiyəyə yeni qaçqın dalğası – üç milyon adam gələr. Bu, artıq orada olan üç milyon yarım suriyalı qaçqına əlavədir. Bu isə onsuz da ağır iqtisadi böhran yaşayan ölkədə durumu qarışdıra bilər. Lakin bombalar altında həlak olan qaçqınları Türkiyəyə buraxmamaq da özü haqda müsəlmanların müdafiəçisi kimi danışan Ərdoğan üçün simanı itirməyi ifadə edir. RF və Türkiyə arasında İdlib üzrə prinsipial fikir ayrılıqları saxlanır. Ancaq Kreml indi özünü çox inamlı aparır. Putin konvoyla bağlı əhvalatdan sonra Ərdoğann görüş haqda çağırışlarına bir müddət cavab vermədi və hətta Əsədin hərəkəti ilə açıqca razılaşdı. Amma sonradan hadisədən bir həftə sonra, avqustun 27-də hər halda Ərdoğanı Moskvada qəbul etdi.

-Bu danışıqlar zamanı RF və Türkiyə arasında prinsipial uzlaşmalar əldə olunubmu?

-Çox ehtimal ki, xeyr. Tərəflər İdlib üzrə prinsipial nəsə haqda uzlaşmayıbalr, əvəzində Ərdoğan Rusiya silahının yeni alqısı haqda ideyanı ölçüb-biçməyə söz verib.

Türkiyə keçmişdə Əsədin zərbələrinə cavab verib və onu geri atıb. Ötən il İdlibə zirehli tank birləşmələri yeridərək hücumun qarşısını qətiyyətlə alıb. Amma Ərdoğan bu gün Moskva ilə xeyli yaxınlaşıb, Rusiyadan S-400 zenit raketi kompleksləri alır və bütün bunlar ABŞ-la münasibətlərin kəskin pisləşməsi fonundadır. Ərdoğan belə hadisələr fonunda hesab edir ki, hələ Rusiyaya qarşı da dura bilməz. Amma bu onu İdlibdə alçaldıcı durumda qoyur.

-Bəs Şimali Suriyada Türkiyə və ABŞ arasında nə baş verir və onların Şimali Suriyada təhlükəsizlik zonası qurmaq üçün, habelə kürd məsələsi üzrə danışıqları necə irəliləyir?

-Türkiyə İdlib üzrə RF ilə  danışıqlarla yanaşı Şimali Suriya üzrə amerikalılarla danışıqlar aparır. ABŞ orada hərbi iştirakını saxlayaraq İŞİD-in qalıqlarına qarşı mübarizədə ABŞ-ın müttəfiqi kürdlərin Xalq Özünümüdafiə Dəstələrinin (XÖD) nəzarət etdiyi bir sıra bölgələri Türkiyədən qoruyur.

Ərdoğan iddia edir ki, kürdlərin XÖD kürd gerilyası – Türkiyənin şərqində iyirmi milyonluq kürd xalqının muxtariyyəti uğrunda paqonlularla silahlı mübarizə aparan PKK partizanlarına bağlıdır. O buna görə də Şimali Suriyada XÖD-nin nəzarət etdiyi ərazilərin bir qismini tutmaq, orada bir neçə kilometr enində və yüzlərlə kilometr uzunluğunda “təhlükəsizlik zonası” yaratmaq istəyir ki, XÖD-ü Türkiyə sərhədindən aralasın. O, Şimali Suriyada XÖD-ün mövqelərinə hücuma başlamaq hədəsi gəlir.

İndi öz kürd müttəfiqlərini tam təhvil vermək marağında olmayan amerikalılar Suriyada qoşunları çıxartmağı dayandırıblar (Vaşinqton planetin müxtəlif bölgələrində başqa müttəfiqlərinin inamını və simasını itirməkdən qorxur). ABŞ Türkiyənin planını dəyişdirməyə, təhlükəsizlik zonasını kiçiltməyə və Ərdoğanla danışıqları mümkün qədər uzatmağa  çalışır. O isə nə baş verdiyini başa düşərək kürdlərə daim zərbə hədəsi gəlir, ya da hətta onların mövqeyini atəşə tutur. Kürdlər öz tərəflərindən artıq Suriya ərazisində Türkiyənin işğal etdiyi kürd bölgəsi Afrində Ərdoğanın güclərinə qarşı partizan əməliyyatları aparırlar.

-Belə çıxır ki, Türkiyə eyni zamanda bir neçə silahlı münaqişəyə cəlb olunub – Suriyanın şimalında kürdlərlə, İdlibdə Əsəd, RF və İranla, üstəlik də öz ərazisində kürd gerilyası ilə mübarizə aparır?

-Məhz belə. Türkiyənin şərqindəki savaş qaysaqlamayan yaradır. Kürd üsyançılar (terrorçular-tərc.) çox gözəl hazırlanıb, həm Türkiyə ərazisində bazaları, həm də ondan qıraqda həmvətənləri arasında kütləvi dəstəkləri də var. Ankaranın hər iki tərəfin itkilər verdiyi Şimali İraqda PKK-ya qarşı hərbi əməliyyatlarını da bura əlavə edək.

Və bütün bunlar Türkiyədə ağırlaşan iqtisadi böhran, S-400-lərin alqısına görə Amerika sanksiyaları və planetin ən güclü dövləti Birləşmiş Ştatlarla qovğa fonunda baş verir. Şərqi Aralıq dənizi bölgəsində Misir, Yunanıstan, Kipr və İsrailin daxil olduğu (Fransanın hərbi və maliyyə maraqlarının da qatıldığı) güclü qaz konsorsiumu ilə dartışmanı da buna əlavə edək – Türkiyə Kipr bölgəsində qaz quyuları qazdığına görə.  Bu da artıq Avropa Birliyi tərəfindən Ankaraya qarşı iqtisadi sanksiyalar doğurub.

Təəccüblü deyil ki, Ərdoğan populyarlığını itirir. Səriştəsiz maliyyə siyasətinin və xarici sanksiyaların ağırlaşdırdığı iqtisadi böhran onun dəstəyinin zəifləməyinə aparır – Ərdoğan bu yaxınlarda ölkənin ən böyük şəhərlərində bələdiyyə seçkilərini uduzub. Hətta özünün Ədalət və İnkişaf Partiyası (ƏİP) tədricən parçalanır, elektoral nüvəsi isə kiçilir. Türkiyə liderinin az müttəfiqi qalıb. Bax, hətta İdlibə görə ziddiyyətlərə baxmayaraq, Ərdoğan Rusiya ilə münasibətlərdən məhz buna görə belə yapışıb. O, heç istəmir ki, eyni zamanda bir neçə cəbhədə vuruşsun və hamı ilə dalaşsın.

Çox oxşayır ki, Ərdoğan rejimi xarici və daxili siyasətin ziddiyyətlərində dolaşıb. Və İdlibdə baş verənlər, onun orada özünü necə aciz apardığı növbəti siqnaldır ki, Türkiyə prezidentinin indiki kursu dalana girib və onun zamanı tədricən başa çatır.

Söhbətləşdi: Aleksandr Jelenin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam