Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Putinin kosmik peyklərə qarşı yeni raketi-ABŞ kəşfiyyatı gizli sınaqları qeydə aldı

 

Rusiya 2018-ci ilin dekabrında kosmik peyklərə qarşı PL-19 “Nudol” raketinin uğurlu sınağını keçirib.

 Yenixeber.org: Bu haqda ABŞ kəşfiyyatının məxfi hesabatı ilə tanış olan mənbələr CNBC telekanalına deyiblər.

Mənbələr bildiriblər ki, sınaq dekabrın 23-də keçirilib və bu tip raketin sayca yeddinci sınağı olub. Məlumata görə 2018-ci ildə “Nudol” raketi daha iki dəfə sınaqdan keçirilmişdi. Sonuncu sınaq zamanı raket 3 min kilometr məsafəni 17 dəqiqəyə qət edib və hədəfi dəqiqliklə vurub.

Məlumatda deyilir ki, həmin raketi Yerin aşağı orbitində dövr edən kommunikasiya peyklərinə və aparatlarına qarşı tətbiq etmək nəzərdə tutulur. Mümkün qlobal müharibə zamanı Yerin aşağı orbitində uçan hərbi təyinatlı kommunikasiya peyklərinin sıradan çıxarılması ABŞ-ın raketdən müdafiə sistemini sıradan çıxara bilərdi.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam