Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Makronun çıxışına Trampdan QƏRİBƏ REAKSİYA -Dünyada FIRTINA QOPDU

 

Makronun çıxışına Trampdan QƏRİBƏ REAKSİYA - Dünyada FIRTINA QOPDU

Fransa prezidenti Emmanuel Makronun paytaxt Parisdə I Dünya Müharibəsinin sona çatmasının 100-cü ildönümü mərasimi çərçivəsində bazar günü etdiyi çıxış geniş müzakirələrə səbəb olub. Prezidentin "Atəşkəs çıxışı" ilə ötən ay bir mitinqdə özünü millətçi elan edən və hər kəsin ona bu cür xitab etməsini istəyən ABŞ prezidenti Donald Trampı hədəf aldığı iddia edilib.

 Yenixeber.org: Makronun milliyətçiliyi “vətənsevərliyə xəyanət” kimi dəyərləndirdiyi çıxışını dinləyən Trampın davranışları sosial mediada fırtına qoparıb.

“Zəfər Tağı”nın önündə dünyanın 70 liderinə xitab edən Makron milliyətçiliyi müharibənin əsas qaynaqlarından biri kimi göstərib. O, Fransanın nasistlərə qarşı mübarizəsinin komandiri və daha sonra prezident olan Şarl de Qollun “Vətənsevərliklə milliyətçilik arasındakı fərq, birincisi, özümüzə bənzəyənləri sevmək, ikincisi, bizə bənzməyənlərdən nifrət etmək deməkdir” sözlərini xatırladıb. Makron böyük müharibəni başladan iblislərin yenidən “xortladığına” işarə edib.

Fransa prezidenti bu sözləri deyərkən Donald Trampın üz mimikaları və davranışları gözdən qaçmayıb.

“NBC Nyuz”un müxbiri Monika Alba “Makron milliyətçiliyi pisləyərkən Trampın reaksiyasının birbaşa fotoları” şərhi ilə ABŞ prezidentinin fotolarını paylaşıb.

MKİ və NSA-nın sabiq direktoru Maykl Hayden də Makronun Trampı hədəfə aldığını təsdiq edib: “Bəli, səndən bəhs edir”.

Bəzi sosial media istifadəçiləri isə sülh istəyən bütün insanların adına Trampa cavab verdiyi üçün Makrona təşəkkür edib.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam