Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Türkiyə addım-addım MÜHARİBƏYƏ DOĞRU: Ərdoğan hədəfi BƏYAN ETDİ -FOTO/VİDEO

 

Türkiyə addım-addım MÜHARİBƏYƏ DOĞRU: Ərdoğan hədəfi BƏYAN ETDİ - FOTO/VİDEO

Suriyada Fəratın şərqində terror yuvalarını darmadağın edəcəyik.

Yenixeber.orgTürkiyə KİV-ləri xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan İspartada keçirilən hərbi mərasimdə bildirib.

“Terror təşkilatına görünməmiş zərbələr vurulur. Sərhədlərimizdən kənarda terrorçular rahat yata bilmirlər, bilirlər ki, qəfil gələ bilərik. Fəratın şərqindəki terror yuvalarını da darmadağın edəcəyik”, - prezident deyib.

Türkiyə Fəratın şərqində olan Münbiçin PYD-dən təmizlənməsi ilə bağlı razılığa gəlsə də, ABŞ Fəratın şərqində kürd qruplaşmalarına dəstəyini davam etdirir. Hazırda Fəratın şərqində - Türkiyə ilə sərhəddə yerləşən böyük ərazilər PKK terror təşkilatının Suriya qolu olan PYD-nin nəzarətindədir. Türkiyə rəhbərliyi buranın terror təşkilatından təmizləməkdə israrlı olduğunu dəfələrlə bəyan edib.

Ekspertlər isə xəbərdarlıq edirlər ki, Türkiyənin Suriyada əməliyyat sahəsini genişləndirməsi yekunda ABŞ-Türkiyə hərbi qarşıdurması ilə nəticələnə bilər. Məsələn, bir müddət əvvəl ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) terrorla mübarizə üzrə keçmiş agenti, “Soufan Group” adlı şirkətin İdarə Heyətinin başçısı Əli Soufan “Nyu York Tayms” nəşrinə deyib ki, ABŞ Suriyada çox incə bir tarazlıq yaratmağa çalışır, lakin Suriyada döyüş meydanı kiçildikcə bu tarazlığı qorumaq qeyri-mümkün olacaq.

Soufan ABŞ-ın iki variantının olduğu qənaətindədir.

“Bu variantlardan biri odur ki, ABŞ kürdlərə dəstəyini böyük ölçüdə azaldacaq. Bu, isə Suriya və İraqda ABŞ-a dəstək olan bir neçə qrup tərəfindən ABŞ-ın yeni bir xəyanəti kimi qiymətləndiriləcək. Digər variant isə ondan ibarətdir ki, ABŞ NATO üzvü Türkiyə ilə ya birbaşa, ya da dolayı şəkildə döyüşmək riski ilə üz-üzə qalacaq”, - o bildirib.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam