Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

SURİYADA ABŞ-a QARŞI RUSİYA-TÜRKİYƏ İTTİFAQI… –İran da həvəslə bu ittifaqa qoşulmağa hazır görünür - TƏHLİL

Sedat Ergin

“Hürriyet”, Türkiyə, 25 sentyabr 2018-ci il

 

Rusiya Xarici işlər naziri Sergey Lavrovun ötən cümə axşamı verdiyi açıqlama “Fəratın şərqi” və buradakı ABŞ-YPG əməkdaşlığı məsələsinin ABŞ-la Rusiya arasındakı qlobal rəqabətdə də əks olunan ciddi mübahisə mövzusu halına gəldiyini göstərir.

Yenixeber.org: Lavrov eynilə belə deyib: “Suriyanın ərazi bütövlüyünə yönəlik əsas təhdid ölkənin şərqindəki bölgələrdən, birbaşa ABŞ-ın nəzarəti altında praktiki olaraq müstəqil muxtar qurumların yaradılmaqda olduğu Fəratın şərqindən gəlməkdədir.”

Rusiya Xarici işlər naziri əlavə edib: “Bu qanunazidd fəaliyyətlərə son verilməsi üçün israrlı olacağıq. Bunu ifadə etməyə davam edirik, həm birbaşa amerikalılara, həm də BMT TŞ-də söyləyirik”.

Lavrovun sözlərində ABŞ-ın Fəratın şərqində PKK-nın Suriya uzantısı olan PYD/YPG ilə davam etdirməkdə olduğu hərbi əməkdaşlıqdan Rusiyanın duyduğu narahatlığın miqyasını görmək mümkündür.

Rusiya bu çıxışla ABŞ-ın PYD/YPG ilə əməkdaşlığını Suriyadakı İŞİD hədəflərinə yönəlik mübarizə ilə məhdudlaşan cəhd olaraq görmədiyini ortaya qoyur. Kreml bu əməkdaşlığın arxasında İŞİD-lə mübarizədən çox o tərəfə keçən, ABŞ-ın öz nüfuzu altında olan müstəqil kürd qurumunu Fəratın şərqindəki geniş coğrafiyaya yerləşdirmə niyyətini gördüyünü vurğulayır.

Rusiya, öz baxış bucağına əsasən, ABŞ-ın Suriyanın şimalında davamlı olaraq qalma niyyətini önləməyə çalışır.

Rusiya Xarici işlər nazirinin sözlərinin önəmli bir tərəfi də onların Türkiyənin bu bölgəyə yönəlik ABŞ strategiyasını hədəf alan rəsmi tənqidi yanaşması ilə, böyük ölçüdə, üst-üstə düşməsidir.

Prezident Rəcəb Tayyib Ərdoğan, ötən həftənin bazar ertəsi günü Soçidə Rusiya ilə əldə edilən İdlib razılaşmasını açıqlayarkən “Suriyanın ərazi bütövlüyünə qəsd edən və Türkiyənin milli təhlükəsizliyini təhdid edən əsl qurum PYD/YPG-dir… Suriyanın gələcəyinə yönəlik ən böyük təhdid İdlibdən daha çox Fəratın şərqindəki bu terror yuvalarından qaynaqlanmaqdadır” deyib.

Ərdoğan Nyu-Yorka yola düşərkən “Hazırda Suriyanın gələcəyi üçün ən böyük problem Fəratın şərqində bəzi müttəfiqlərimizin himayəsi altında böyüyən terror bataqlığıdır”deyərək, bu duruma görə ABŞ-ın məsuliyyət daşıdığını açıq söyləyib.

Prezident, Rusiyanın “Kommersant” qəzetində nəşr olunan məqaləsində də söhbəti Fəratın şərqinə gətirərək, diqqəti ABŞ-ın PYD/YPG-yə verdiyi “fövqəladə dəstəyə” çəkib, “Türkiyənin xüsusilə PKK, PYD, YPG kimi terror mərkəzlərinə qarşı apardığı mübarizəyə Rusiyanın da dəstək verməsini gözləyirik” deyib.

Bu baxış bucağından baxıldıqda, Lavrovun açıqlaması Ərdoğanın Moskvadan gözləntilərinə müəyyən dərəcədə cavab xarakteri daşıyır. Buradakı ifadə birliyi Türkiyə ilə Rusiya arasında əldə edilən Soçi razılaşmasının “İki tərəf də Suriyadakı terrorizmin hər forması və təzahürü ilə mübarizə aparmaq məsələsindəki qərarlılıqlarını yeniləyib” şəklində olan 10-cu maddəsilə uyğunluq təşkil edir.

Bu qədər əhəmiyyət daşıyan digər məsələ də İran Prezidenti Həsən Ruhaninin sentyabrın əvvəlində (7 sentyabr – tərc.) Tehrandakı üçlü Astana zirvə görüşündə etdiyi çıxışdır. Ruhaninin “Fəratın şərqinin düyününü açaq, ABŞ-ı oradan çıxmağa məcbur edək. Çünki bu böhranın davam etməsinin arxasındakı ən önəmli amil Amerikadır” şəklindəki açıqlaması ABŞ-a qarşı Türkiyə-Rusiya cəbhəsindən gələn bu tənqidi həmlələri tamamlayıcı xarakterdədir.

Nəticə olaraq, ABŞ-ın Fəratın şərqindəki niyyət və hərəkətlərinə qarşı Türkiyə, Rusiya və İran arasındakı üçlü ittifaq güclü meyl halı alaraq, getdikcə daha da güclənir.

Şübhəsiz, Lavrovun bu bəyanatından sonra Moskvadakı PYD nümayəndəliyinin durumunun necə olacağı maraq mövzusudur. Ayrıca, digər bir problemli mövzu da Afrinlə həmsərhəd olan, Rusiyanın nəzarətindəki Tel Rıfat bölgəsində PYD ünsürlərinin mövcudluğu haqqında Moskvanın yeni dövrdə necə mövqe tutacağıdır.

Bu çərçivədə gündəliyə gələ biləcək mümkün digər bir başlıq isə Rusiyanın bir müddət öncə üzərində çalışdığı yeni Suriya konstitusiyası layihəsində kürdlər üçün “mədəni muxtariyyat” fikrinə yaşıl işıq yandırmasıdır.

Bu suallar önümüzdəki günlərdə Türkiyə ilə Rusiya arasındakı dialoqun həssas başlıqları olmağa namizəd görünür.

Tərcümə Strateq.az-ındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam