Yenixeber.org: R.T.Ərdoğan bildirib ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında bir sıra yaşayış məntəqələrini PKK-dan təmizləyib:

Türkiyə prezidenti bildirib ki, PKK Türkiyə üçün real təhlükədir: “Biz öz sərhədlərimiz yaxınlığında terror strukturlarının yaradılmasına və möhkəmlənməsinə imkan verməyəcəyik”.

Ərdoğan deyib ki, Türkiyəni küncə sıxışdırmaq üçün edilən hər həmlənin cavabı verilib: “Terror dəhlizi planını param-parça etdik. Gecə yarısı keçirilən əməliyyatlarla iqtisadiyyatımızı çökdürməyə çalışdılrar, Allahın izni ilə, bu hücumların da qarşısını almaq yolunda irəliləyirik”. (avropa.info)