Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Kremldən Paşinyana tələb - Bu məmurları uzaqlaşdırsan...

    

Kremldən Paşinyana tələb - Bu məmurları uzaqlaşdırsan...
Apardığı kadr siyasəti nəticəsində Ermənistan baş naziri ciddi problemlə üzləşərək çıxılmaz vəziyyətdə qalıb. Çünki Ermənistanın yeni hakimiyyətində təmsil olunan bir sıra məmurlar Ermənistanın strateji müttəfiqi Rusiya üçün ümumiyyətlə qəbuledilməz olaraq qalırlar.
Yenixeber.org: Bu barədə Ermənistanın nüfuzlu “Joxovurd” qəzeti yazıb. Qeyd olunur ki, qatı qərbpərəst məmurların Paşinyan hökumətində yer alması Rusiyanı ciddi şəkildə narahat edir. 

“Söhbət uzun illər ərzində Rusiyaya qarşı açıq düşmən mövqeyində dayanan,Moskvanın ünvanına təhqiramiz ifadələr səsləndirən, indi isə Ermənistan rəhbərliyində yüksək vəzifə sahibi olanlardan gedir. Bu kontekstdə əsas fiqurlar Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryandır. Mənbələrimizdən əldə etdiyimiz məlumatlara əsasən, Moskva Ermənistanın hakim elitasında bu cür şəxslərin mövcudluğu ilə bağlı İrəvana açıq etirazını və qeyri-məmnunluğunu bildirib, bunun iki ölkənin maraqlarına zidd olduğunu deyib.” – deyə, qəzet yazır. 

Xüsusən də vurğulanır ki, Kreml müxtəlif hərbi-strateji məsələlərdə Ermənistan rəhbərliyindəki konkret şəxslərə güvənmir və bu səbəbdən də onların hakimiyyətdən uzaqlaşdırılmasını istəyib. Məsələn, ikitərəfli əməkdaşlıq bunu tələb etsə də, Rusiya hərbi-siyasi xarakterli bir çox sənədləri qatı qərbpərəst olan Armen Qriqoryana etibar edə bilmir. Çünki ehtiyatlanır ki, həmin sənədlər amerikalıların əlinə keçə bilər. 

“Joxovurd” qəzeti yazır ki, eyni güvənsizlik David Sanasaryana münasibətdə də sərgilənir. Bununla da Kreml açıq şəkildə bildirir ki, İrəvanla Moskva arasındakı “etibarın bərpası” və Ermənistanın təhlükəsizliyi yolunda Paşinyan öz, daha doğrusu qərbin adamlarını qurban verməlidir. Odur ki, Paşinyan Ermənistanın gələcək təhlükəsizliyini və hərbi sahədə Rusiya ilə tamformatlı və hərtərəfli əməkdaşlığı davam etdirməklə ölkənin mövcudluğunu qoruyub saxlamaq istəyirsə, Kremlin tələblərini yerinə yetirməlidir. O da istisna edilmir ki, 8 sentyabrdakı görüşdə Putin bir daha Paşinyan qarşısında bu tələbi qoysun. 

Nəşrə görə, Putinin köməkçisi Yuri Uşakovun bəyanatı nəzərə alınsa, bu görüş bir çox məsələlərdə Paşinyana verilən son “şans” olacaq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam