Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İRANDA ETİRAZLARIN YENİ DALĞASI BAŞLAYIR:“Dükançıların üsyanı” Ruhaninin istefasıyla nəticələnə bilərmi? – TƏHLİL


İqor PANKRATENKO

Siyasi elmlər doktoru, “İran-Şərq” Mərkəzi Asiya və Əfqanıstanı Araşdırma İnstitutu (İran) elmi şurasının üzvü

“Nezavisimaya gazeta”, 06.07.2018

 

Yenixeber.org: Tehranın Böyük bazarı, İran paytaxtının iqtisadi ürəyi və icitmai həyatın əsas siniri, tam qırx il öncə islam inqilabının başlandığı məkan ötən həftənin bazar ertəsi tam mənasilə bir saatın içində bağlanıb. Alıcılar saysız-hesabsız dükanların vitrinlərindəki jalüzlərin necə salındığını, tacirlərin işgüzar şəkildə küçələrə çıxdığını, bağlamağı yubadanların və nəyisə gözləyənlərin  ünvanına isə qəzəblə “Ağciyər! Qorxdun! Sən kişi deyilsən!” bağırdıqlarını çaşqınlıqla seyr ediblər.

Ticarət keçidlərindəki irmaqlar İran parlamentinin binasına sarı hərəkətlənən axına dönüb, binanın barısının yanında isə diqqətli, qətiyyətli, amma yenə də bir az özünü itirmiş paytaxt polisləri artıq tələsik şəkildə zəncir bağlayıblar. Çünki ölkə hökuməti dolların ikiqat sıçrayışına – axşam ona 42 min yerli rial veriblər, səhər isə artıq 90 min istəyiblər – bu qədər coşğun reaksiyanı açıqca gözləmirdi.

Ölkə prezidentinə loyal massmedia baş verənləri dərhal şüursuz, durumun bütün qəlizliyini dərk etməyən və milli valyutanın kursunun “vur-tut” iki dəfə düşməyindən və nəticə kimi qiymətlərin də bu cür iki dəfə artdığından xoflanmağa meylli “dükançıların üsyanı” adlandırıb. Həsən Ruhaninin özü də iranlılara bu ruhda telemüraciətlə çıxış edib. “Hər şeyin baisi ABŞ və xarici təbliğata inananlardır, – o, ekrandan aydın söyləyib. – Mən söz verirəm ki, xalqın əsas ehtiyacları ödəniləcək. Bizim yetərincə şəkərimiz, buğdamız və bitki yağımız var. Əhali üçün gərəkən hər şeyi əldə etmək üçün bəs deyincə xarici valyutamız var”.

Ola bilsin, kimsə ona inanıb da. Amma daha hər halda İran Məclisinin “dükançıların üsyanı” günlərində prezidenti öz kabinetinin iqtisadi blokunu dəyişməyə vadar etmək xahişiylə ölkənin ali lideri Əli Xameneiyə müraciət imzalamış 187 (parlamentdə isə cəmi 290 deputat var) deputatı deyil. Tam tərkibdə. Deputatların özlərinin də, İran cəmiyyətinin böyük bölümünün də fikrincə, ölkədə, nəticəsi baş verən kütləvi etirazlar olan sosial-iqtisadi durumun pisləşməsində məhz bu məmurlar günahkardır. Və İranın şəhər və əyalətlərindəki hər bir çıxış təşvişli zəng sayılsa, onda tamamilə aydındır ki, bu sosial “zəngli saat” son doqquz ayda açıq-aydın “özündən çıxıb”.

“Dükançıların üsyanı” İranın indiki prezidentinin administrasiyasının iqtisadi siyasətinə qarşı ölkənin 75 şəhərində guruldayan, İslam Respublikasının praktik olaraq bir əyalətindən də yan keçmədiyi “qaynar yanvar”dan sonra, əslində, arası kəsilməyən kütləvi çıxışlar zəncirində yalnız bir epizoddur. Ruhaniyə loyal yerli elitalar, indiki kimi, onda da hər şeydə amerikalıları və israilliləri, yeri gələndə isə öz siyasi rəqiblərini –  mühafizəkarları ittiham edib. Hökumətyönlü çevrələrin fikrincə, etirazları özləri təşkil etməsələr də, ən azı, bunu səssizcə dəstəkləyirlər.

Paradoksaldır, amma bu bəyanatlarda müəyyən qədər həqiqət payı var – həm “ABŞ və İsrailin əli”, həm də mühafizəkarların Ruhanini ictimai şəkildə son dərəcə qəddarcasına tənqid etdikləri haqda. Amma məhz paydır, çünki Həsən Ruhaninin öz komandasının iqtisadi və sosial siyasətindən savayı heç kim ona daha çox ziyan vurmur. Onun opponentlərinin onun yaxınlarından daha çox ona ziyan vurmaq imkanı yoxdur.

İran prezidentinin daxili və xarici siyasətinin sınıq çıxdığı göz qabağınadır. Onun keçirdiyi islahatlardan təkcə “şimali Tehran”ın hovuzlu villalarda və özəl at tövlələrilə yaşayan daha müvəffəqiyyətli biznesmenlər, ixracat-idxalat və maliyyə əməliyyatlarından “varlanan” bir ovuc sakini udub.

İran gəncliyinin bəlası olan işsizlik artmaqdadır, əhalinin gəlirləri azalır, keçən il ölkədən 27 milyard dollar – son onillikdə rekord məbləğ çıxarılıb. İslahatçıların vəd etdikəri “işıqlı dövrlər” isə təkcə yaxınlaşmır, həm də artıq necəsə dumanlı bir perspektivə çevrilir. Həm də Ruhani və komandası əvvəllər deyirdilərsə ki, bir çox şeylərin günahı sələflərinin korrupsiyasındadır, artıq indi bu arqument də işləmir. Çünki islahatçılar “əl zirəkliyi”ndə mühafizəkar düşərgənin korrupsionerlərini artıq çoxdan geridə qoyublar. Özü də o qədər geridə qoyublar ki, İran məhkəmə sisteminin başçısı və Məclis spikerinin qardaşı, ayətullah Sadiq Amuli Laricani lap bu günlərdə korrupsionerlərə və iqtisadi cinayətlərdə əli olanlara uyğun maddələr üzrə cəzanı 20 illik həbsədək sərtləşdirməyə, ya da ümumiyyətlə ölüm cəzası tətbiq etməyə söz verib.

Amma son dərəcə təşvişli simptom olmasaydı, ola bilsin, bütün bunlar böhranlı xarakter daşımazdı – ölkələrin əkəsriyyətindəki durum İranınkından az fərqlənir və öhdəsindən birtəhər gəlirlər. İran üçün sosial etiraz son dərəcə adi məsələdir və stereotiplərə rəğmən orada xalq öz haqqını qorumaq və məmurlara ictimai narazılığın ifadəsində də yetərincə fəaldır. Amma son zamanlar “özündən çıxmış zəngli saat”ın siqnalları Rusiyada “milli ucqarlar” adlandırılan bölgələrdən gəlir.

“Dükançıların üsyanı”ndan bir həftə qabaq neft ehtiyatlarilə zəngin, İran ərəblərinin yaşadıqları Xuzistan əyaləti etiraz edib. Özü də etirazlar sıx şəkildə iqtisadi tələblərə milli mənsubiyyət üzrə ayrı-seçkilikdə mərkəzi hakimiyyətə ittihamlar da bulaşmışdı.

Tehranın Böyük Bazarının zəhmətkeşlərinin küçələrə çıxmasından cəmi bir-iki həftə qabaq İranın Əfqanıstan və Pakistana bitişik, əsil problemli nöqtəsi Sistan-Bəlucistan əyalətində iğtişaşlar baş verib. Orada etirazçılar yerli qızları silsiləvi, kütləvi zorlayan günahkarları gizlətməyə görə məmurların cəzalandırılmasını tələb ediblər.

Hətta Tehran sakitləşməmiş Xuzistanda etirazlar yeni qüvvəylə alovlanıb – bu dəfə ciddi şəkildə içməli su qıtlığıyla bağlı. Həm də hökumət etirazçıları dağıtmaq üçün güc tətbiq etməyə məcbur olub…

Və bu etirazlar xüsusən də çoxmillətli olduğundan İran üçün ən təşvişlisidir. Hətta elitalar arasında yaranmış balansı pozmaq riskilə reaksiya verilməsi gərəkən haldır.

Xeyr, çox ehtimal ki, ali dini lider Həsən Ruhanini istefaya göndərməyəcək. Amma onu kabinetin siyasətini dəyişməyə məcbur edəcəyi tamamilə yəqindir. İran rəhbərliyinin “özündən çıxmış zəngli saatı”ın səsini kəsməkdə başqa üsulu, sadəcə, yoxdur.

Tərcümə Strateq.az-ındır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam