Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

FETÖ Türkiyəyə qarşı yeni “savaş” elan etdi

Gülən Türkiyəyə qarşı yeni “savaş” elan etdi
FETÖ (Fətullahçı Terror Təşkilatı) lideri, hazırda ABŞ-ın Pensilvaniya ştatında olan Fətullah Gülən təşkilatın üzvlərinə və rəhbər şəxslərinə Türkiyə və prezident Rəcəb Tayyip Ərdoğana qarşı yeni “savaşın” təlimatlarını verib.
Yenixeber.org: "Anadolu" agentliyi xəbər verir ki, iyunun sonlarında 18 ölkədə FETÖ qruplaşmasının rəhbər üzvləri gizli toplantılar keçirərək, liderlərinin onlara verdiyi yeni təlimatları müzakirə ediblər. Fətullah Gülənin Pensilvaniyada keçirdiyi yığıncağa isə təşkilatın idarəçiliyində iştirak edən 33 nəfər qatılıb.

Türkiyə kəşfiyyatına işləyən mənbələrdən alınan məlumatlara əsasən, bütün toplantılarda Gülənin göndərdiyi təlimatlar oxunub və müvafiq planlar üzərində müzakirə aparılılb. Həmin təlimatlar isə aşağıdakılardır:

- Yerləşdiyiniz ölkələrdə kamuflyaj olun və özünüzü cəmiyyətə qəbul etdirmək üçün həmin ölkələrin vətəndaşları ilə ailə qurun;

- Yaşadığınız ölkələrdəki sahibkarların Türkiyəyə investisiya yatırmasına mane olun və bizdən göndərilən bütün sərmayələri dayandırın;

- FETÖ-yə yeni üzvlər tapmağa çalışın və tələbələrimizi ölkənin mövqeyinə uyğun inandırmağa çalışın;

- Üzvlərimiz çox diqqətli olsunlar. Dövlət orqanlarından uzaq gəzsinlər;

- Bir ölkədən digərinə keçən üzvlərimizə hər cür kömək göstərin;

Fətullah Gülən, həmçinin 24 iyun seçkilərindən sonra Türkiyədə prezidentin bütün gücü əlində cəmləşdirəcəyi və “Hizmet” hərəkatına təzyiq edəcəyinə dair xəbərdarlıq edərək, FETÖ üzvlərindən daha diqqətli olmaları və birlikdə, nizamlı şəkildə hərəkət etmələrini tələb edib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam