Redaktor seçimi
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
Günün xəbəri

UKRAYNA – RUSİYA MÜNASİBƏTLƏRİNİ GƏRGİNLƏŞDİRƏCƏK QƏTL–Putin əleyhdarı olan hərbi jurnalist evindəcə güllələndi!


Kiyev polisi xəbər verir ki, Rusiyada “siyasi qısnamalara” məruz qaldığına görə Ukraynaya qaçmış Rusiya jurnalisti Arkady Babçenko öz evində naməlum şəxs tərəfindən güllələnərək öldürülüb.

Yenixeber.org: Onun xəstəxanaya aparılarkən yolda, ambulansda keçindiyi xəbər verilir. Babçenko Ukraynaya 2017-ci ildə gəlmişdi və son vaxtlar Krım tatarlarının ATR telekanalında çalışırdı.

Bu, son iki ildə Kiyevdə öldürülən ikinci tanınmış Rusiya jurnalistidir. Şeremet 2016-cı ildə avtomobildə törədilmiş partlayışla qətlə yetirilib.

Babçenko özünün son “Facebook” postunda dörd il əvvəl ölümdən necə qurtardığı barədə yazıb:

“Четыре года назад генерал Кульчицкий не взял меня на этот вертолет. Из-за перегруза. Не было места. Перегруженная вертушка тяжело оторвалась от земли, и, чуть не задев шасси за бруствер, ушла на Карачун. Часа через два после этой фотографии её сбили. Погибли четырнадцать человек. А мне повезло. Второй день рождения, получается”.

Kiyev polisinin sözçüsü Oksana Blisçik bildirib ki, 41 yaşlı Arkadi Babçenko arxadan atılan güllə ilə öldürülüb.

Blisçik deyib ki, mayın 29-da təcili yardıma zəng edən bir qadın “ərinin evdə qan gölməçəsində uzandığını” görüb.

Ukrayna parlamentinin deputatı, Ukrayna daxili işlər nazirinin köməkçisi Anton Heraşenko deyib ki, Babçenko yaxındakı baqqal dükanından evinə qayıdıb və qapını açmağa çalışdığı vaxt blokda gizlənmiş naməlum şəxs tərəfindən arxadan güllələnib.

 

Kremlin tənqidçisi

 

Babçenko Kremlin qatı tənqidçisi kimi tanınırdı. Onun Rusiyanın Ukraynanın şərqindəki separatçılara dəstəyi barədə yazdığı məqalələr Rusiya dövlət mediasının və rəsmilərinin qəzəbinə səbəb olurdu.

Lakin Babçenko 2016-cı ilin dekabrında Azadlıq Radiosuna demişdi ki, Qara dənizdə qəzaya uğramış Rusiya hərbi təyyarəsi barədə “Facebook” postlarından sonra “Rusiyanın bütün dövlət təbliğat maşını mənə qarşı işləyir”.

O vaxt bu təyyarə qəzasında Rusiyanın məşhur ordu xoru da daxil, 92 nəfər həlak olmuşdu.

Babçenko demişdi ki, dövlət rəsmilərinin və dövlət mediasının onun bu qəza haqqında postlarına reaksiyası belə olmuşdu: “Biz bir cərgədə olmalıyıq, biz kədər ifadə etməliyik, kədərli görünməliyik və belə etməyən hər hansı bir şəxs məhv edilməlidir”.

 

Qaçaq

 

Babçenko 2016-cı ildə Azadlıq Radiosuna bunu da demişdi ki, Dövlət Dumasının deputatı Vitali Milonov, Federasiya Şurasının üzvü Frans Klintseviç və Rusiyanın 1-ci kanal və “Lifenews” kimi mediaları onun haqqında “saxta xəbər toqquşdururlar”.

Babçenko qeyd edirdi ki, ona qarşı reaksiya mütəşəkkildir: “Onlar təyyarə qəzasının səbəblərini araşdırmaqdansa, məni təqib edirlər”.

2017-ci ilin dekabrında Babçenko Britaniyanın “Guardian” qəzetinə demişdi:“Mən sizə Putin Rusiyasında siyasi qısnamanın nə demək olduğunu deyə bilərəm. Bir çox başqa dissidentlər kimi, mən təhqirə alışmışam. Lakin son vaxtlar mənə qarşı aparılan kampaniya o qədər qərəzli və qorxulu idi ki, mən qaçmağa məcbur oldum”.

Babçenko çeçen separatçılara qarşı birinci müharibədə Rusiya ordusunda xidmət etmiş, bundan sonra jurnalistliyə başlamışdı. O, bir neçə Rusiya media qurumlarının hərbi müxbiri olmuşdu.

Azadlıq Radiosu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam