Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Şəhid ailəsi olsanız bununla fəxr edərsiz”

 

“Sonuncu dəfə görüşəndə maşın almaq istədiyini dilə gitirdi. Biz razı olmadıq. Qorxurduq ki, qəzaya düşər. Allah ona şəhidlik zirvəsini qismət etdi”

 

   "Xeberinfo.com":Bunu avqustun 1-də Ağdamın Çıraqlı kəndi ərazisində gedən döyüşlərdə şəhid olan Qaryağdı Əhmədovun qardaşı İsa Əhmədov deyib.  

Qaryağdı Əhmədov Tovuz rayonunda hərbi xidmətdə olub. Xidmətdən qayıtdıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq xidmət edən (MAXE) hərbçi kimi cəbhəyə yollanıb.

İsa Əhmədovun sözlərinə görə, qardaşı vətənə xidmət etmək istəyirdi: “Orduya öz istəyi ilə getdi. Heç kim də ona mane olmadı. Çox istiqanlı, zəhmətkeş, insan idi. Hər kəsə yardımç etməyə çalışırdı. Onun haqda danışmaq mənə çox çətindi. Qardaş itkisi çox pis şeydi”.

İsa Əhmədovun sözlərinə görə, Qaryağdının ən böyük arzusu qardaşının uşaqlarının toyunu etmək olub: “Ən böyük istəyi mənim uşaqlarımın toyun etmək idi. Qismət olmadı”.

Mərhumun atası Eldar Əhmədov oğlunun vətən yolunda şəhid olduğunu deyir: “1992-ci ilin iyulun 1-də anadan olmuşdu, avqustun 1-də dünyasını dəyişdi. 22 il 1 ay ömür sürdü. Qaryağdı evin sonbeşiyi idi. Onu şəhid verdim. Bu mənim üçün fəxrdir. Oğlumu alnıdik şəkildə torpağa tapşırdım. O bu, vətən üçün şəhid oldu. Belə bir övlad böyütməyimlə fəxr edirəm. Azərbaycanın bütün rayonlarından bura gəlirlər, dərdimizə şərik olurlar. Çox sağ olsunlar”.

“Onunla sonuncu dəfə görüşəndə öyüd-nəsihət verdik. Dedik ehtiyyatlı ol. O da cavabında bildirdi ki, şəhid ailəsi olsanız fəxr edərsiz”, - deyə Eldar Əhmədov qeyd edir.

Qaryağdının dostu Vüsal Nuriyev isə bunları söylədi: “Dost kimi hər şeyə öz köməyini əsirgəməzdi. Ölümə belə gedərdi. Heç nədən qorxan adam deyildi. Kimin problemi olardısa çalışardı ki, kömək etsin”.

 

Onu da qeyd edək ki, şəhidin atası Eldar Əhmədova Müdafiə Nazirlinin nümayəndəsi polkovnik İslam Gəncəliyev tərəfindən medal təqdim edilib. Müdafiə naziri Zakir Həsənovun əmri ilə şəhid olan həbrçilərimiz “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam