Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ABŞ Kiyevə dəniz piyadaları göndərdi

 

Amerika dəniz piyadaları Birləşmiş Ştatların Kiyevdəki səfirliyinin mühafizəsinin gücləndirilməsi üçün Ukraynaya göndərilib.

"xeberinfo.com": Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceyns Psaki bildirib.

      Dövlət Departamentinin rəsmisi Kiyevə neçə dəniz piyadası göndərildiyini açıqlamayıb, yalnız onu bildirib ki, Amerika diplomatik xidmət əməkdaşlarının mühafizəsi bütün dünyada Dövlət Departamentinin prioritetidir. ABŞ-ın xarici ölkələrdəki, o cümlədən Ukraynadakı səfirliyini dəniz piyadaları mühafizə edir.

     “Marine Corps Times” məlumat verir ki, Ukraynaya əlavə dəniz piyadaları Virciniya ştatındakı Kuantiko bazasından göndərilib.

     C.Psaki onu da bildirib ki, dövlət katibinin müavini Uilyam Berns siyasi məsləhətləşmələr üçün Kiyevə ezam edilib. Yüksək vəzifəli amerikalı diplomat Kiyevə fevralın 25-də axşam çatıb. Onun Ukraynanın yeni hakimiyyətinin nümayəndələri ilə danışıqlar apardığı bildirilir.

     Qeyd edək ki, Ukraynada Yanukoviçin devrilməsindən sonra Rusiya strateji obyektlərinin mühafizəsi adı altında Krıma əlavə hərbi qüvvələr yerləşdirir. Ukrayna və Rusiya mənbələrinin məlumatlarına əsasən Krıma, Sevastopoldakı Rusiya hərbi dəniz bazasına Baş Kəşfiyyat İdarəsinin (QRU) əlahiddə briqadası da daxil olmaqla 11 min xüsusi təyinatlı göndərilib. Habelə Rusiya Dövlət Dumasının bir neçə emissarı Krımdadır və onlar bölgənin Ukraynadan ayrılıb müstəqilliyini elan etməsi yönündə iş aparır.

     Hazırda Ukrayna üçün ən başlıca təhlükə kimi Rusiyanın ölkəni parçalamaq planları hesab edilir. Ukraynanın üç keçmiş prezidenti - Kuçma, Kravçuk və Yuşşenko birgə müraciətlə çıxış edərək Rusiyanı Krımdakı separatçı səylərini dayandırmağa çağırıblar. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam