Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ramin Quluzadə: "Regionun ən təhlükəsiz Data mərkəzi Azərbaycandadır"

 "Yeni led işıqların hazırlanması istiqamətində uğurlu nəticələr var və sınaqlat həyata keçirilir"

Yenixeber.org:Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında deyib.
Onun sözlərinə görə, elmi tədqiqatların aparılması zamanı informasiya təhlükəsizliyi, böyük məlumatların ötürülməsi kimi məsələlərə xüsusi diqqət yetirilməlidir: "Çünki regionun ən təhlükəsiz Data mərkəzi Azərbaycandadır".
R.Quluzadə bildirib ki, ölkənin davamlı inkişafını təmin etmək üçün qeyri-neft sektoru, o cümlədən informasiya kommunikasiya və yüksək texnologiyalar sahəsi uğurla inkişaf edir: "İnkişaf strategiyasında elm və texnologiyalar aparıcı yer tutur. Qarşıda duran vəzifələrdən biri bu sahədə islahatların genişləndirilməsidir. Ölkədə bu sahədə ciddi addımlar atılır, texnoloji parklar, sənaye zonaları, biznes inkubatorları yaradılır və innovativ ideyaların dəstəklənməsi üçün imkanlar genişləndirilir".
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam