Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Niyə Mədəniyyət Nazirliyi və DSX?-Ekspertdən açıqlama

 Ekspert: “Əhalinin daha çox şikayətçi olduğu dövlət strukturları hələ ki əməliyyat dalğasından kənarda qalıb”

Yenixeber.org: DTX tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılmış Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev istintaq dövründə həbsdə qalacaq. Bu barədə Bakı Hərbi Məhkəməsi qərar verib. Məhkəmə Ə.Nağıyev və onunla birlikdə tutulan Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri barəsində prokurorluğun təqdimatını təmin edib. Onların hər birinin barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

İstintaq Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılacaq. General və digər təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifədən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Amma konkret hansı əməllərə görə bu ittihamların verildiyi hələlik məlum deyil.

DTX-nın əməliyyat dalğasının bölgələrdəki icra hakimiyyətlərindən sonra birdən-birə Mədəniyyət Nazirliyinə gəlib çatması nə qədər təəccüblü idisə, DSX-dakı son olaylar da bir o qədər gözlənilməz oldu. Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, istənilən dövlət strukturunda belə əməliyyatları gözləmək lazımdır. Onun sözlərinə görə, bütün dövlət strukturlarında korrupsiya var və daxili siyasi proseslərdə lazım olanda bundan istifadə edilə bilər:

“Korrupsiyalaşan təkcə rayon icra hakimiyyətlərinə rəhbərlik edənlər deyil. Korrupsiya, rüşvət ölkənin bütün strukturlarına sirayət edib – bələdiyyələrdən tutmuş, Prezident Administrasiyasına qədər. O cümlədən də də hərbi strukturlara, Dövlət Sərhəd Xidmətinə. Amma bu əməliyyatlarda korrupsiya məsələnin görünən tərəfidir, görünməyən tərəfi də var. Bu da daxili siyasətlə bağlıdır. Situasiya elədir ki, belə əməliyyatlar başqa dövlət strukturlarına da gedib çata bilər.”

Ekspertin sözlərinə görə, əhalinin daha çox şikayətçi olduğu dövlət strukturları hələ ki əməliyyat dalğasından kənarda qalıb. Onun fikrincə, bu da həmin əməliyyatların islahat, yoxsa görüntü olması sualını ortaya çıxarır. Amma İ.İsmayıl hesab edir ki, hakimiyyətin özünə lazım olanda həmin strukturlarda da eyni proses həyata keçiriləcək:

“Daha çox korrupsiyaya uğramış sahələr var. İqtisadi sahədəki qurumlar – gömrük, vergi, yaxud da hüquq-mühafizə orqanları. İnsanların ən çox şikayəti bunlardandır. Nəzərə almaq lazımdır ki, bu hakimiyyət üçün ən vacib, ən müqəddəs olan öz hakimiyyətini qoruyub saxlamaqdır. Əgər hakimiyyətlərinə təhlükə yaransa, o zaman toxunulmaz şəxs qalmayacaq. Bunu zaman-zaman görmüşük. Yeri gələndə çox kəskin addımlar atıblar. Hakimiyyətin, klanın az qala, bir nömrəli sadiq adamları vurulub.”

İstər Mədəniyyət Nazirliyində, istərsə də DSX-dakı əməliyyatların bir ortaq nöqtəsi də oldu. Hər ikisində o strukturun başındakı şəxsə toxulmadı, müavin həbs olundu. Bunu həm mədəniyyət naziri Əbülfəs Qarayevin, həm də DSX sədri Elçin Quliyevin hakimiyyətin ən yuxarı dairələrinə yaxınlığı ilə əlaqələndirənlər var. İ.İsmayıl da eyni fikirdədir. Amma o, zərurət yaranarsa, o yaxın adamların da “qurban verilməsini” istisna etmir:

“Prezidentin sərəncamı ilə vəzifəyə təyin edilənlərin əksəriyyətinin ona yaxınlığı var. Hələ ki baş verənlər müəyyən adamların toxunulmaz olduğunu göstərir. Mədəniyyət nazirinin müavinini həbs elədilər, nazirə toxunulmur, Dövlət Sərhəd Xidmətinin rəis müavini tutulur, özünə dəymirlər. Çovdarov tutulur, Eldar Mahmudov kənarda qalır. Bunun müxtəlif səbəbləri var, onlardan biri də yaxınlıqdır. Amma dediyim kimi, təhlükə hiss etsələr, o halda fərqli davranacaqlar”.(pressklub)

Gülər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam