Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Topaz“... oyna, uduz? - Şirkət vətəndaşın uduşlarını vermir-ŞİKAYƏT

 

 Ölkəmizin yeganə qanuni mərc şirkəti olan "Topaz” müştərilərin haqqını yeyir.

 

Yenixeber.org: Bu barədə redaksiyamıza zərərçəkən Heydərzadə Cavid bildirib. Mərc həvəskarı olan Cavid martın 1-də "Topaz” məntəqələrindən birində futbol oyunu üzrə mərc edib. Yarış nömrəsi 112 olan "M.Yunayted-M.Siti" və 105 nömrəli "Çelsi- Everton" oyunlarına 2 min AZN məbləğində kupon yazıb. Hər iki oyunda ev sahibin qələbəsinə mərc edən Cavidin proqnozu özünü doğruldub və o 15 min 680 AZN udub. Lakin bu sevinc elə də uzun çəkməyib. Necə deyərlər "Topaz" Cavidin qələbə sevincini qursağında saxlayıb. Uzun fasilədən sonra ilk dəfə qalib gəldiyini deyən Cavidin sözlərinə görə, "Topaz" onun uduşunu vermir.

Cavid deyir ki, mərcdəki qazancını götürmək üçün 10 gündür "Topaz"ın qaynar xəttinə, hətta baş ofisinə dəfələrlə müraciət etsə də məsələ həllini tapmayıb: "Bir gün bir əməkdaş, sabahısı gün digəri yaxınlaşır, nə bilim biri mobil nömrəni qeyd edir, o biri şəxsiyyət vəsiqəmin surətini götürür və məni get-gələ salırlar. Bu get-gəlin adını isə məsələnin araşdırılması qoyublar. Bir sözlə uzadırlar. Hərçənd müştərinin əlində "Topaz"ın rəsmi kuponu varsa, niyə onun uduşunu verməyəsən axı?! Mərc oyununun fanatları demişkən - biz uduzanda araşdırılmayan kupon, udanda niyə araşdırılsın? Mən əlavə və ya başqa nəsə istəmir, öz uduşumu tələb edirəm. Xahiş edirəm "Topaz" rəhbərliyi mənim müraciətimi nəzərə alsın və uduşumu versin".

"Topaz"ın etdikləri koronavirusa görə təxirə salınan oyunlardan dolayı qazanc azlığı və ya pul qıtlığına görədimi, bilmirik. Bildiyimiz odur ki, müştəri məmnuniyyəti şirkət üçün prioritet olmalıdır, vətəndaşlar incidilməməli və mərc həvəskarlarının uduşuna əl qoyulmamalıdır.

Xatırladaq ki, bu "Topaz"la bağlı ilk hal deyil. Dəfələrlə mətbuatda "Topaz"ın mərc oyunlarında qalib gələn şəxslərin uduşlarını verməməsi, fırıldaqçılıq yolu ilə mərc həvəskarlarını aldatmasına dair yazılar dərc olunub. Ancaq nə vaxtsa bu yanlış yolun finişi olmalıdır.

 

Qarşı tərəfin də mövqeyini bölüşməyə hazırıq.(afn)

“Topaz“... oyna, uduz? - Şirkət vətəndaşın uduşlarını vermir
“Topaz“... oyna, uduz? - Şirkət vətəndaşın uduşlarını vermir
“Topaz“... oyna, uduz? - Şirkət vətəndaşın uduşlarını vermir

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam