Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Mundial başlayır: “Topaz”ın 3 manat tamahı totalizatorları çökdürdü– Reportaj

 
Bu gün axşam saatlarında 4 ildir gözlənilən möhtəşəm futbol üzrə dünya kuboku Rusiya-Səudiyyə Ərəbistanı qarşılaşması ilə start götürəcək

Yenixeber.org: Milyardlarla insanın izlədiyi dünya çempionatına ikiqat maraq qatan bukmeyker kontorlarına qoyulan mərclərdir.
► “Topaz” məntəqələri iflic oldu
Azərbaycanda mərc oyunlarını təşkil edən “Topaz” isə dünya kuboku ərəfəsində mürtəce qərar qəbul edib.

 
Yarışlar başlar-başlamaz “Topaz” minimum mərc qoyuluşunu 3 manata qaldırıb.Bu da öz növbəsində həm oyunçuların, həm də “Topaz” məntəqələri işlədənləri çökdürüb.
AzEuroNews.com üçün reportaj hazırlayarkən “Topaz” məntəqələrində seyrəkliyin, boşluğun şahidi olduq.
Bir ay davam edəcək futbol oyunlarına böyük maraq olduğunu nəzərə almayan “Topaz” fürsətdən sui-istifadə edərək pul qoyuluşunu 1 manat artırıb.
Bakının əksər ərazilərində, məhəllələrdə “Topaz” obyektləri fəaliyyət göstərir. Ancaq mərc qoyuluşunun minimum məbləğinin 3 manata qaldırılması onların işini iflic edib.
Əvvəllər 2 manat olan minimum mərc qoyuluşunu 1 manat qaldırmaq ciddi artımdır. Söhbətləşdiyimiz bəzi “Topaz” məntəqələrinin sahibləri də qərardan şikayətçidir.
Onların sözlərinə görə, mundial ərəfəsində belə addım atmaq anlaşılmazdır. Oyunçular 3 manat ödəniş etmək istəmirlər. Çünki bu, kifayət qədər böyük rəqəmdir.
Hətta vaxtilə minimum ödəniş 1 manat idi və əmsallar nisbətən yüksək verilirdi. 2 manata qalxandan sonra “Topaz”a gedənlərin sayı azaldı.

 İndi 3 manat tarifi DÇ 2018 ərəfəsində həm mərc oyunlara, həm məntəqə sahiblərinə zərər edir.
Oyunçular 3 manatın üstünə 1 manat da əlavə edərək iki ayrı kupon yazmaq imkanına malik idi. İndisə iki kupon yazmaq üçün minimum 6 manat ödəniş etməlisən.
► Etopaz-dakı 1 manatın nədir?
Doğrudur, ETOPAZ müştəriləri minimum mərci 2 manat deyil, 1 manata edə biləcəklər. Yəni, elektron qaydada ödəniş 1 manata endirilib.
Ancaq nəzərə alınmalıdır ki, bu gün əksər bukmeyker kontorlarına gedənlər virtualdan ödəniş etmirlər. İnsanlar “Topaz” məntəqələrinə üz tutaraq orda kofiçent yazırlar.
2015-ci ilin dekabrından bütün TOPAZ sistemində minimum mərc 2 manat təyin olunmuşdu. Ona qədər 1 manat idi.
12 iyun 2018-ci ildə isə TOPAZ Bakıdakı dilerləri üçün minimum mərcin 3 manata qaldırılması ilə bağlı qərar qəbul edib. Bu da insanları narazı salıb, kontorların işini zəiflədib.


   
Çünki mərc qoyanlar artıq 2 manat yox, azı 3 manat uduzacaqlar. Və etopaz.az vasitəsi ilə yox, “Topaz” məntəqələrindən uduş qoyanların sayı üstünlük təşkil edir.
Ümumiyyətlə, “Azərintellekt” QSC tərəfindən bu qərarın verilməsi heç bir səbəblə şərh olunmur. Yəni, etopaz.az-da 1 manata endirilməsi, totalizatorlarda 3 manata qaldırılmasının məntiqi yoxdur.
Yeganə məntiq ondan ibarətdir ki, “Topaz” rəhbərliyi məntəqələrə gedənlərin daha çox olduğunu hesablayaraq ordan böyük pullar götürməyi hədəfləyib. Hərçənd, ilk gündən totalizatorlar ölüxanaya çevrilməkdədir.
Onu da deyək ki, belə addım atılması feysbukda da qəzəblə qarşılanıb və qarət kimi dəyərləndirilib.
Faktiki olaraq “Topaz” rəhbərliyi onsuz da günbəgün öldürdüyü əmsalların üzərindən bir də məbləği qaldırıb və sırf DÇ 2018-in başlamasından sui-istifadə edib.
Görünür ki, “Topaz” rəhbərliyi bu çempionat günlərində daha çox varlanmaq istəyindədir.
Xatırladaq ki, “Topaz” gənclər və idman naziri Azad Rəhimovun nəzarəti altındadır.
Burdan gələn böyük pulların etibarlı əllərə toplanması üçün nazir totalizatorlara nəzarəti öz yaxın adamı Azər Məhərrəmova tapşırıb.

Yunis/AzEuroNews

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam