Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

"Topaz"dan Avropa Çempionatına fırıldaqlı hazırlıq - FOTOFAKT

 

 

İyunun 10-da futbol üzrə Avropa çempionatı start götürəcək. 

 

Xeberinfo.com:   Sport7.az-a istinadən xəbərə görə, Fransanın ev sahibliyi etdiyi turnir üçün bukmeker kontorları müxtəlif mərc növlərini azarkeşlərinə təqdim edib.

Bunlardan biri də ölkəmizdə rəsmi mərc şirkəti kimi fəaliyyət göstərən "Topaz"dı. Ancaq bukmeker kontoru yenə müştərilərinə fırıldaq gəlmək niyyətindədi. Özü də bu dəfə fırıldaq daha açıq şəkildə nəzərə çarpır.

Məsələ burasındadı ki, "Topaz" mərc həvəskarlarından "Avro-2016"da kimin bombardir olacağını soruşur. Təxmin üçün də proqramda müxtəlif əmsallarla 37 futbolçunun adı qeyd olunub. Amma iş burasındadı ki, təklif olunan futbolçular arasında bombardir olacağı 12 əmsalla qiymətləndirilən, ancaq Fransa millisinə dəvət almayan Kərim Benzemanın da adı daxil edilib. Bundan başqa final mərhələsində iştirak etmək üçün Almaniya yığmasına cəlb edilməyən Marko Roysun da adı "Topaz" tərəfindən mərc həvəskarlarına təqdim edilib.

Almaniyalı televiziya qarşısında yarışı izləyəcəyi halda "Topaz" onun bombardir olacağını 27 əmsalla qiymətləndirib. Eyni zamanda İspaniya millisinə cəlb edilməyən Dieqo Kosta ilə Fernando Toressin adı da mərc proqramına daxil edilib.

Sizcə, bunun adı fırıldaq deyil, bəs nədi?






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam