Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Altes plaza”dan fəhlələrə qəribə qadağa –Foto

 

“Altes plaza” tikinti şirkəti binalarında işləyən fəhlələrin nəzərinə çatdırıb ki, sakinlərə və ofis işçilərinə xidmət edən güzgülü liftlərdən istifadə etmək onlara qadağandır.

Yenixeber.org: Bu elanın şəkli sosial şəbəkələrdə paylaşılıb və ictimai qınaqla qarşılanıb. Feysbuk istifadəçiləri şirkətin fəhlələri təhqir etdiyini bildiriblər.

Bəziləri bunun sərnişin və yük liftləri ilə əlaqəli olduğunu izah etməyə çalışıb. Fəhlələr sərnişin liftinə daxil olanda əllərindəki tikinti materialı ilə güzgüləri zədələyirlər.

Amma sosial şəbəkə istifadəçiləri arasında bununla razılaşmayanlar olub. Onlar rəy bildiriblər ki, fəhlələr tikinti materialları ilə onsuz da sərnişin liftinə daxil ola bilmirlər.

Çünki həmin liftlər darısqal olur və geniş olan yük liftindən istifadə edilir. Feysbuk istifadəçiləri sadəcə, şirkətin fəhlələri saymadığı, aşağıladığı qənaətinə gəliblər.(AzEuroNews.com)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam