Redaktor seçimi
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
     1109 SAYLI MƏHKUM-
Qorxmaz Hüseynova və qardaşına
Məktəb direktoruna korrupsiya ittihamı-
Qarabağ veteranı, qocaman müəllim prezidentdən kömək istəyir: 
Qorxmaz Hüseynova və qardaşına ŞOK ittihamlar:
“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-
Günün xəbəri

"Cənab prezident, Vəli Hüseynovun fəaliyyəti ciddi şəkildə yoxlanılmalıdır"-Müraciət

 

image here

Bir qrup tanınmış alimlər AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynovun barəsində Prezident İlham Əliyevə müraciət qəbul edib.
Yenixeber.org: Müraciəti ixtisarla təqdim edirik:
-Çox hörmətli cənab Prezident!

Böyük rəğbət bəslədiyimiz və sevə-sevə izlədiyimiz “Təzadlar” qəzetinin ötən sayında oxuduğumuz, əslində isə çoxdan bildiyimiz bir fakt bizi Sizə müraciətə sövq etdi.
Öz alın təri və biliyi ilə elmi iş yazan alimləri illərlə süründürən, Prezident yanında AAK-ın keçmiş sədrləri-Azad Mirzəcanzadədən, Arif Mehdiyevdən miras qalmış imici məhv edən Vəli Hüseynovun bu gün özünün elmlər namizədi və professor diplomlarını qanunsuz yolla əldə etməsi sübut olunmuşdur.
Bildiririk ki, AAK-ın Rəyasət Heyətinin “Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçıların xarici ölkələrdə dissertasiya müdafiəsi qaydaları haqqında” 25.05.1996-cı il (protokol№15-r) qərarına əsasən 01.02.1994-cü ildən sonra Azərbaycan Respublikasından kənarda müdafiə olunmuş fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları AAK-da təkrar attestasiyadan keçməlidir. Yəni, həmin diplomların respublikamızın ərazisində tanınması üçün müvafiq prosedurlardan keçirilməli və müsbət qərar verildiyi halda, iddiaçılar Azərbaycan AAK-nın diplomunu ala bilərlər. AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynov isə fəlsəfə doktoru dissertasiyasını “Neytrin-leptonnıe proüessı vo vneşnom maqnitnom pole” mövzusunda 21 aprel 1994 -cü ildə Rusiya Federasiyasında müdafiə edərək həmin ilin dekabrında təsdiqini almışdır. AAK-ın Rəyasət Heyətinin yuxarıda qeyd olunan məlum qərarına əsasən Vəli Hüseynovun da Rusiya Federasiyasında aldığı elmlər namizədi diplomu təkrar attestasiyadan keçməli idi. Ancaq bu prosedur olmamışdır və Vəli Hüseynovun elmlər namizədi diplomunu AAK-da təkrar attestasiyadan keçirməməsi bir yana, hətta o, birbaşa doktorluq dissertasiyasını müdafiə edərək təsdiqini almışdır. Vəli Hüseynovun doktorluq dissertasiyasının müdafiəsində və təsdiqində ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, Vəli Hüseynovun doktorluq dissertasiyası legitim deyildir. AAK-ın rəsmi saytının “Bülletenlər” bölümündəki səhifə 125 və 126-da yazılır:
“AAK Rəyasət Heyətinin “Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçıların xarici ölkələrdə dissertasiya müdafiəsi qaydaları haqqında” 07.01.2003-cü il tarixli (protokol No 15-R) və 25.05.1996-cı il (protokol No 15-R) qərarları: Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçılar 02.01.2004-cü il tarixdən etibarən yalnız Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin və ya kollegiyasının icazəsi ilə xarici ölkələrdə dissertasiya müdafiə edə bilərlər. 01.02.1994-cü ildən sonra Azərbaycan Respublikasından kənarda müdafiə olunmuş fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları AAK- da təkrar attestasiyadan keçirilməlidir”.
Bir məsələni də qeyd edək ki, Vəli Hüseynov 2003- cü ilin sentyabrında fizika-riyaziyyat elmləri üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamənin 3-cü bəndinin 14-cü maddəsinə görə, iddiaçıların elmlər doktoru dissertasiyalarının nəticələrinə dair ən azı 20 elmi məqaləsi dərc edilməlidir. Bunlar AAK-ın rəsmi saytında da bəyan edilmişdir, öz əksini tapmışdır. Biz Vəli Hüseynovun avtoreferatına mütəxəssislərlə birgə nəzər yetirdikdə məlum oldu ki, onun cəmi-cümlətanı 10 məqaləsi olmuşdur. Bura eləcə də 3 tezis, 1 konfrans materialı da əlavə edilmişdir. Lakin Vəli Hüseynovun istifadə etdiyi və AMEA-nın Fizika İnstitunun 3 preprint materialını (tezis) heç cürə AAK-ın tələb etdiyi məqalə saymaq olmaz. Ən pisi budur ki, Vəli Hüseynov namizədlik dissertasiyasının avtoreferatında da göstərdiyi 1 məqalə və 1 preprint materialını həm də doktorluq dissertasiyasının avtoreferatında da göstərmişdir. Bu, AAK tarixində ən rüsvayçı faktdır, yolverilməzdir, belə hallar qanunsuzluqdur, istintaq orqanları bunu araşdırmalıdır.
Cənab Prezident!
Vəli Hüseynov hər yerdə rəhbəri olduğu qurumun Prezident yanında dövlət təşkilatı olmasını bayraq edərək özbaşınalıq edir. Hesab edirik ki, komissiya yaradılmalı, AAK-da ciddi yoxlama aparılmalıdır. Doktorluq dissertasiyası qanunsuz olduğu, AAK-ın heç bir texniki ekspertizasının tələblərinə cavab vermədiyi, uyğun gəlmədiyi halda, Vəli Hüseynov vəzifəsindən sui-istifadə edərək həm prosedur pozuntuları ilə (namizədlik dissertasiyasının nostrifikasiyası olmadan), həm də AAK-ın ən vacib tələbləri pozulmaqla diplom almağa nail olmuşdur. Bu, qanunsuzluq və özbaşınalığın son həddidir. İnanırıq ki, Sizin göstərişinizlə AAK-da ciddi yoxlama aparılacaq və Vəli Hüseynovun gənc alimlərə, xaricdə müdafiə etmiş tanınmış alimlərə qarşı təhdid və süründürməçiliyinə son qoyulacaq. İş o yerə çatıb ki, Rusiyanın məşhur “Komsomolskaya pravda” qəzeti də Prezident yanında AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynovun quruma rəhbərlik etdiyi dövrdən bəri buradakı “kolxoz bazarı”ından yazıb... Odur ki, Vəli Hüseynovun fəaliyyəti ciddi şəkildə yoxlanılmalıdır...(tezadlar.az)
(Davamı var)
Elçin Məmmədli
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?